Qənirə Paşayeva da Prezidentin çağırışına qoşuldu

00:43 20-03-2020 | icon 434 | Siyasət
Qənirə Paşayeva da Prezidentin çağırışına qoşuldu

"İş adamlarına da müraciət edirəm ki, bu çağırışa qoşulsunlar”

 

"Cənab Prezidentin bu təşəbbüsünə böyük məmnuniyyətlə qoşulduğumu bildirirəm və fondun bank hesabı açılan kimi ora vəsait köçürəcəyəm".

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Prezident İlham Əliyevin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratmasına münasibət bildirərkən deyib.

 

Q.Paşayeva bildirib ki, bu fondun yaradılması Prezidentin hər bir azərbaycanlının səhhətinə, onun sağlamlığına necə yanaşmasının göstəricisidir:

“Cənab Prezident hər bir azərbaycanlının, hər bir vətəndaşın onun üçün, dövlətimiz üçün nə qədər dəyərli olduğunu və dövlətin öz vətəndaşlarına necə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi. Ötən gün koronavirusla mübarizə aparan səhiyyə işçilərinin əmək haqları ilə bağlı verdiyi qərar, bu gün isə xüsusi olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunu yaratması cənab Prezidentimizin xüsusi qayğısının təzahürüdür. Bu qərarları alqışlayır və bəyan edirəm ki, fondun bank hesabı açılan kimi əmək haqqımın böyük hissəsini ora köçürəcəyəm”.

 

Qənirə Paşayeva bununla bərabər, iş adamlarına da müraciət edib:

“Bütün dünya bir sınaq qarşısındadır: bir tərəfdən qlobal iqtisadi vəziyyət, digər tərəfdən koronavirusun yaratdığı ciddi təhlükələr dövlətləri lazımlı qərarlar almağa məcbur edir. Azərbaycanın hər iki təzyiq qarşısında necə çevik və vacib, sosialyönlü qərarlar verdiyini, bu istiqamətdə hansı fədakarlıqlar edildiyi göz önündədir. İqtisadi təzyiqlərə baxmayaraq, ölkə əhalisinin bu böhranı hiss etməməsi üçün ən ümdə addımlar atılır və bunun nəticəsidir ki, qonşularımızda ciddi şəkildə hiss edilən sosial gərginlik Azərbaycanda yaşanmır. Eyni zamanda, Azərbaycan dövləti koronavirusla mübarizədə də nümunəvi addımları ilə fərqlənir. Dövlətin bu cür qayğısı, çevik addımları və fəaliyyəti hər birimizin üzərimizə böyük məsuliyyət qoyur. İnsanlarımız koronavirusa qarşı mübarizəyə öz səhhətlərinə biganə yanaşmamaqla dəstək verməlidirlər. İş adamlarımız isə bu məqamda Prezidentimizin təşəbbüsünə qoşulmalı və Fondun genişlənməsinə çalışmalıdırlar. Ona görə də iş adamlarına da müraciət edirəm ki, bu çağırışa qoşulsunlar və Azərbaycanın koronavirusla mübarizədə apardığı mücadiləyə maddi dəstək versinlər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol