Cücə sexində yanğın olub
Qazax rayonunda yanğın baş verib.
Versus.Az xəbər verir ki, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb.
Hadisə zamanı Anar Kərimova aid ümumu sahəsi 600 m² olan cücə sexinin yanar konstruksiyaları və içərisindəki avadanlıqlar yanıb. Yangın zamanı fermada 15 min yumurta tutumu olan 4 ədəd inkubator, 80 min yumurta, 15 min cücə və 400 bildirçin yanaraq tələf olub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. /APA/
Versus.Az
Xəbər lenti
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
5 sərnişin həlak olub, daha 3 nəfər tibb müəssisələrinə aparılıb