Bahar gəldi
Gecə ilə gündüz bərabərləşdi
Azərbaycana bahar gəlib.
Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Versus.Az-a verilən xəbərə görə, bahar Azərbaycana martın 20-si saat 07:49:36-də daxil olub.
Beləliklə də, gecə ilə gündüz bərabərləşib. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçib və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"