Qadın sahibkarlar da Prezidentin çağırışına qoşulur

11:19 20-03-2020 | icon 1151 | Cəmiyyət
Qadın sahibkarlar da Prezidentin çağırışına qoşulur

Səkinə Babayeva: "Bu çağırışa qoşulmaq belə bir məsuliyyətli dönəmdə hər birimizin vətəndaşlıq borcudur"

 

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

 

Versus.Az xəbər verir ki, Prezidentin fərmanı elan olunar-olunmaz ölkə ictimaiyyəti bu təşəbbüsü yekdilliklə dəstəkləyib.

 

Təşəbbüsə ilk qoşulan təşkilatlardan biri də Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasıdır (AQSİA). AQSİA-nın sədri, “Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva xalqmızın sağlamlığı və təhlükəsizliyinə görə imzalanan vacib qərara görə prezident İlham Əliyevə minnətdarlığını bildirib:

 

”Bu qədər həssas, operativ münasibətə və qayğıya görə cənab prezidentə sonsuz təşəkkürümü bildirirəm. Əlbəttə, bu çağırışa qoşulmaq belə bir məsuliyyətli dönəmdə hər birimizin vətəndaşlıq borcudur. Belə taleyüklü məsələdə dünyanı ağuşuna alan bu bəlaya qarşı cənab prezidentimizin qeyd etdiyi kimi bir yumruq kimi birləşməliyik.

Biz də AQSİA olaraq yeni yaradılan fondun bank hesabları bəlli olan kimi müəyyən miqdarda pul ödəyəcəyik. Bütün sahibkarları bu təşəbbüsə qoşulmağa çağırıram. İnanıram ki, bizim müdrik xalqımız öz böyüklüyü ilə bu imtahandan da alnıaçıq çıxacaq“.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi