Karantindən qaçan həkim saxlanılıb

16:04 20-03-2020 | icon 656 | Sağlamlıq
Karantindən qaçan həkim saxlanılıb

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabinetı yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilir və bu qərarlar da vətəndaşlarımız tərəfindən bütövlükdə anlayışla qarşılanır.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, bəzən belə zəruri tədbirlərə riayət etmək istəməyən şəxslərə də rast gəlinir.

 

Məlumatda qeyd edilib ki, koronavirus infeksiyasına yoluxmasına şübhələr yarandığı üçün ixtisasca həkim olan bir nəfərin xüsusi rejimli xəstəxanaya yerləşdirilməsinə qərar verilib:

“Lakin o, həkim olmasına baxmayaraq, müxtəlif bəhanələr göstərməklə, olduğu ünvanı tez-tez dəyişməklə müalicədən yayınmaq məqsədilə gizlənib. Müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal keçirilən təxirəsalınmaz çevik tədbirlər nəticəsində onun yeri müəyyən edilib və saxlanılaraq xüsusi rejimli xəstəxanaya yerləşdirilməsi təmin olunub. Bununla yanaşı, onun ailə üzvləri və sıx təmasda olduğu şəxslər də müayinə olunmaları üçün karantin nəzarətinə təhvil veriliblər. Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərarlara, tətbiq edilən zəruri sosial izolyasiya tədbirlərinə, məhdudiyyətlərə riayət etməyənlər barəsində müvafiq qaydalara və qanunun tələblərinə uyğun olaraq, ciddi tədbirlər görüləcək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...