“Real” Zinəddin Zidanla bağlı qərarını verib

16:52 20-03-2020 | icon 567 | İdman
“Real” Zinəddin Zidanla bağlı qərarını verib

İspaniyanın “Real” klubunun növbəti mövsüm üçün baş məşqçisi məsələsinə aydınlıq gəlib.

 

Versus.Az xəbər verir ki, Madrid klubunun rəhbərliyi indiki çalışdırıcı Zinəddin Zidanla bağlı qərar verib.

 

Paytaxt təmsilçisi fransalı mütəxəssisi vəzifəsində saxlayacaq. İndidən növbəti mövsümün planlarını cızmağa başlayan “Real” rəhbərliyi nəticələrdən asılı olmayaraq baş məşqçisini dəyişməyəcək.

 

Qeyd edək ki, koronavirus pandemiaysı üzündən mövsümün dayandırılmasına qədər Zidanın durumu ürəkaçan deyildi. Mövsümün titulsuz başa vurulacağı halda onunla yolların ayrılacağı gözlənilirdi. Hətta klub rəhbərliyi Maurisio Poçettinonun namizədliyini də götür-qoy edirdi. Lakin mövsümün dayanması ispaniyalıları indidən qərar verməyə məcbur edib. /Apasport.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür