İrşad Electronics Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat ayırıb

10:53 21-03-2020 | icon 417 | İqtisadiyyat
İrşad Electronics Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat ayırıb

İrşad Electronics Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat köçürəcəyini bildirib.

 

Şirkət birdəfəlik vəsaitlə kifayətlənməyərək, hər satışdan müəyyən məbləğin də həmin fonda ayrılacağını bəyan edib. “Bu sınaq günlərində hər birimizin üzərinə böyük məsuliyyət düşür. Xalqımızın sağlamlığı üçün biz də bacardığımız kimi dəstək verməyə hazırıq. Satışlarımızdan ayrılan vəsaitlə təkcə biz yox, İrşad Electronics-in bütün alıcıları bu mübarizəyə qoşulmuş olacaqlar”, - İrşad Electronics-in marketinq direktoru Əli Bədəlov belə deyib. Əlavə edib ki, ümumiyyətlə, şirkət koronavirusla mübarizə məqsədi ilə bir sıra tədbirlər həyata keçirməyi də planlaşdırıb. 

 

İrşad Electronics ölkə üzrə 30-dan artıq mağazaya malik mobil telefon, elektrotexnika və məişət avadanlıqları satışı şəbəkəsidir. 

 

Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1948 nömrəli sərəncamına əsasən yaradılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür