Dezinfeksiyaedici tədbirlər daha da gücləndirilib

11:16 21-03-2020 | icon 666 | Gündəm
Dezinfeksiyaedici tədbirlər daha da gücləndirilib

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

Versus.Az xəbər verir ki, paytaxtda bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtın kommunal xidmətlərinin kollektivləri xüsusi gücləndirilmiş iş rejiminə keçərək Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirlərinin həyata keçirilməsini davam etdirirlər.

 

Kommunal xidmətlər tərəfindən yaşayış ərazilərində görülən işlərlə yanaşı, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən  ictimai iaşə və ticarət mərkəzlərində,  bazarlarda, mollarda müvafiq işlər aparılır, əlavə qabaqlayıcı və maarifləndirici tədbirlər görülür.

 

Bununla əlaqədar xüsusi yaradılmış monitorinq qrupları mütəmadi olaraq paytaxt rayonlarında çatışmazlıqları, pozuntuları müəyyən edilməsi məqsədi ilə monitorinqlər aparır və onların aradan qaldırılması ilə bağlı təcili tədbirlər həyata keçirir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...