“Səba” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ayırdı

16:01 21-03-2020 | icon 346 | Sosial
“Səba” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ayırdı

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1948 nömrəli sərəncamına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Səba” ASC 100 min manat vəsait ayırıb.

 

Versus.Az xəbər verir ki, bu barədə “Səba” şirkətindən məlumat veriblər.

 

“Dövlətimizin koronavirusla mübarizəyə cəlb edilmiş hər bir strukturunun, tibb işçilərimizin bu çətin günlərdə necə böyük səylə çalışdıqlarına hamımız şahidik. Onlara öz dəstəyimizi verə, ehtiyac duyulan nələrisə əldə etmək üçün yardım göstərə biliriksə, xalqımızın gələcəyi üçün biz də xidmət göstərmiş oluruq”, - “Səba” ASC-nin İdarə Heyətindən bildirilib.

 

“Şirkətimiz ölkənin ərzaq təhlükəsizliyinin təmininə məsuliyyət daşıyan istehsalçılardan biri kimi, bu günlərdə də fəaliyyətini xüsusi cavabdehliklə icra edir. İstehsal həcmimiz, daşınma və çatdırmalarımız hər zamankı kimi, xüsusi dəqiqliklə icra olunur. Biz ofis və müəssisələrimizdə mütəmadi dezinfeksiya tədbirləri aparırıq, əməkdaşlarımızın bir-biri ilə ehtiyac olmadan əlaqələrini minimuma endirmişik. “Səba” məhsullarının satışını həyata keçirən “Gündəlik” adlı mağazalarımız isə insanların minimum kontaktla girib, alış-veriş edə biləcəkləri kiçik məhlə dükanlarıdır” – “Səba”-dan belə deyiblər. 

 

Qeyd edək ki, “Səba” brendi ilə quş əti, sosis və kolbasalar, yarımfabrikatlar, süd məhsulları buraxılır, “Gündəlik” mağazalarının sayı isə ölkə üzrə 100-dən artıqdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür