Azərbaycan ədəbiyyatının Cahandar ağası - İsmayıl Şıxlı

09:18 22-03-2020 | icon 243 | Mədəniyyət
Azərbaycan ədəbiyyatının Cahandar ağası - İsmayıl Şıxlı

Son dərəcə dinamik, enerjili, özünə güvənən, müstəqil düşüncəli, azad bir insan idi. Şəxsi keyfiyyətləri o dərəcədə yüksək idi ki, xalq içində bir şəxsiyyət kimi böyük nüfuz qazana bilmişdi. Dostları üçün çox şeylər etmişdi. İnsanlara yardımçı olmağı və onların problemlərini bölüşməyi sevərdi. Göstəriş almaqdan xoşlanmaz, inadcıl, öz sözündən dönməzdi. Yeri gələndə sərt çıxışları ilə auditoriyanı lərzəyə gətirə bilirdi...

 

1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində dünyaya gəlmişdi. Kosalar kəndində ibtidai məktəbi bitirib, üç il Qazax pedaqoji məktəbində təhsil almışdı. Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işlədikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdi. Oranı bitirərək bir il Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdi. İkinci dünya müharibəsinə qatılmış, sovet ordusu tərkibində ön cəbhələrdə siravi əsgər olmuşdu. Ordudan tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri, Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifələrində çalışmısdı. Daha sonra "Azərbaycan" jurnalında baş redaktor, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olmuşdu. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdi. 1995-ci il iyulun 26-da vəfat edib...

 

O, dünyaya gələndə Azərbaycan Demokratik Respublikası cəmi bir il idi ki, qurulmuşdu. Ölkədə güclü ictimai-siyasi proseslər gedirdi. Atası Qəhrəman kişinin halal müəllim süfrəsində gələcək şöhrətindən xəbərsiz böyüyürdü. Və bir gün, on doqquz yaşında ikən ilk "Quşlar" şeiri "Ədəbiyyat" qəzetində dərc olunmuşdu. Bu onda böyük həvəs yaratdı. Başı müharibəyə qarışsa da qələbədən bir il sonra "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə mükəmməl ədəbi yaradıcılığa başladı. O vaxtdan son nəfəsinədək özünü ədəbiyyata həsr etdi...

 

...Ömür-gün yoldaşı Ümidə xanım evdar qadın idi. Elçin və Fərrux adında iki yadigarı qalıb. Elçin jurnalist, Fərrux isə rəssamdır...

 

Başladığı işi sona çatdırmağı xoşlayırdı. Möhkəm iradə və fiziki gücə, eyni zamanda idarəetmə qabiliyyətinə sahib idi. Həllini tapmamış problemlərə nifrət edirdi. Davamlı olaraq yenilik arzusunda olması onun ən diqqət çəkən xüsusiyyətlərindən biri olub. Heç zaman özünü məhdudlaşdırmağa çalışmazdı. Ona nəyisə bəyəndirməyə cəhd etmək mənasız olsa da olduqca həssas insan idi...

 

Ərsəyə gətirdiyi əsərlər çox olub. Amma ona ümumxalq məhəbbəti gətirən əsəri isə “Dəli Kür” oldu. Bəlkə də əsərin baş qəhrəmanı Cahandar ağa obrazı onun daxili dünyasının təzahürü idi. Onun vasitəsi ilə Cahandar ağanı sevdik, qəlbimizdə, yaddaşımızda yuva qurdu. Nə qədər ki, Cahandar ağa yaşayır, haqqında söhbət açdığım xalq yazıçısı İsmayıl Şıxlı da yaşayacaq. Bəli, illər ötəcək, əsrlər bir-birini əvəz edəcək, Azərbaycan ədəbiyyatının Cahandar ağası- İsmayıl Şıxlı heç zaman unudulmayacaq.
Ruhun şad olsun, USTAD!

 

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

Fərəc Quliyev: “Filan dövlət böyükdür, o bizim mücadiləmizə qarşı dayan bilər, düşüncəsi ilə heç vaxt işğaldan qurtula bilmərik”

KƏLBƏCƏR FACİƏSİ: Nədən 2-ci plan və nədən?..

“Artıq Azərbaycan bayrağı Xankəndinə sancılmalıdır!” - MÜSAHİBƏ

Fərəc Quliyev ərzaq təhlükəszliyi ilə bağlı müraciət etdi - VİDEO

"Dövlətin siyasətini, Prezidentin qərarlarını sabotaj edənlər..."

“Ən pis ssenariyə hazır olmalıyıq"

"Avstraliya Dağlıq Qarabağdakı "seçkilər"i tanımır"

icaze.gov.az saytı bu gün saat 10:00-dan fəaliyyətə başlayıb

Əgər Dağlıq Qarabağ və 7 rayon işğaldan azad olunsa, infeksiyanın yeni yayılma riskləri sıfıra bərabər olar

"Vətəndaşlar icazə üçün yarım saat, bir saat əvvəldən müraciət etməlidir"

Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması qaydası

Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb

Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub

"Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır"

Avtobus dayanacaqları dezinfeksiya edilir

"Heç bir oyun insan həyatından önəmli deyil"

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb

Dünyada 509 mindən çox insanda koronavirus aşkarlanıb

Onlayn sınaq imtahanları pulsuz olacaq - SİYAHI

Karantin günlərində küçədə rəqs edən Səmra tənqid olundu - VİDEO

#EvdəQal

“Fövqəladə vəziyyət haqqında” Fərmanda dəyişiklik edildi

“Mançester Siti”də Qvardiaolanı əvəzləməyə əsas namizəd bəlli olub

Astronavt kosmosda ağlamağın nə ilə nəticələnəcəyini göstərdi - VİDEO

Səs dalğaları xərçəngin diaqnostikasına kömək edə bilər - VİDEO

Cavan qalmağın mexanizmi hazırlanıb

"Sizə Azərbaycanın istiqlaliyyəti yerinə məzarlıq bəxş edəcəyəm"

Yoluxduğunuzdan şübhələnirsinizsə, həkimi evə çağırın

Abort edənlər üçün koronavirusun ölümcül təhlükəsi açıqlanıb

Virus birbaşa ürəyin əzələ hüceyrələrli ilə təmas edir?

#Evdeqal prinsipi ilə...