Qəzalı binalarda yaşayan məcburi köçkünlərə xəbər

18:34 15-05-2018 | icon 575 | Sosial
Qəzalı binalarda yaşayan məcburi köçkünlərə xəbər

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçıları müavinlərinin iştirakı ilə məcburi köçkünləri qəbul edib.

 

Komitədən Versus.Az-a verilən məlumata görə, qəbul zamanı mənzil, qeydiyyat, kommunal xidmətlər, təmir-bərpa məsələləri ilə bağlı kollektiv və fərdi qaydada müraciətlər edilib. Respublikanın müxtəlif yerlərində məskunlaşmış məcburi köçkünlərin müraciətləri əsasən mənzil təminatı ilə bağlı olub.

 

Məcburi köçkünlərin problemlərini dinləyən Dövlət Komitəsinin sədri bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Xüsusilə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında böyük işlər həyata keçirilir. Dövlət Komitəsinin sədri qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin yaxın vaxtlarda mərhələli şəkildə yeni mənzillərə köçürülməsinin planlaşdırıldığını vurğulayıb.

 

Görüş zamanı bölgələrdən qəbula gələn məcburi köçkünlərlə ümumilikdə görülən işlər, mövcud problemlərlə əlaqədar söhbətlər aparılıb. Onları ayrı-ayrılıqda dinləyərək problemləri ilə yaxından tanış olunub, müraciətlər və narahatlıq doğuran məsələlərlə bağlı məcburi köçkünlərə hər tərəfli izahat verilib.

Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlarını verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı