“Optimal Elektronika” MMC də Prezidentin Koronavirusla Mübarizə çağırışına qoşuldu

16:25 22-03-2020 | icon 560 | İqtisadiyyat
“Optimal Elektronika” MMC də Prezidentin Koronavirusla Mübarizə çağırışına qoşuldu

Prezident İlham Əliyevin Koronavirusla Mübarizəyə qoşulmaq çağırışına “Optimal Elektronika” MMC-də qoşulub.

 

Versus.Az xəbər verir ki, şirkət 1997-ci ildən etibarən xalqımıza keyfiyyətli xidmət göstərməklə yanaşı, korporativ sosial məsuliyyət çərçivəsində ictimaiyyətə faydalı layihələrin mütəmadi olaraq keçirilməsini təməl prinsiplərindən biri halına gətirib.

 

“Optimal Elektronika” MMC-də korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 50 min manat məbləğində vəsait ayıraraq prezident cənab İlham Əliyevin virusla mübarizədə atdığı qətiyyətli və effektiv addımlarını dəstəkləyir, ölkə başçısının müvafiq sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində apardığı vacib və əhəmiyyətli tədbirləri yüksək qiymətləndirir.

 

Optimal şirkəti olaraq yeni növ virusun yayılmasının qarşısının alınması məqsədilə bütün mağazalarımızda və servis xidmətimizdə qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Standartlara uyğun şəkildə mağazalarımız, servis xidməti və məhsul anbarlarımız dezinfeksiya olunaraq işçilərin və mağazaya daxil olan müştərilərin virusa yoluxabilmə riski azaldılıb.

Eyni zamanda Optimal, baş ofisin əməkdaşlarının evdən işləməsi üçün lazım olan şəraiti yaradaraq, virusun yaratdığı çətinliklər səbəbindən işçi sayında və əmək haqqlarında heç bir ixtisar edilməyəcək.

Qeyd edək ki, ölkə üzrə 80 mağaza olaraq fəaliyyət göstərən Optimal olduğunuz hər yerdə xidmət göstərməkdədir. Həmçinin siz online xidmətdən yararlanaraq da məhsul sifariş edib tam pulsuz şəkildə çatdırılma şərtilə məhsul əldə edə bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI