Türkməneli partiyasının lideri: Kərkük üzərində böyük oyunlar gedir

19:34 15-05-2018 | icon 1199 | Dünya
Türkməneli partiyasının lideri: Kərkük üzərində böyük oyunlar gedir

 

Riyaz Sarıkahya: “Əgər hökumət bu məsələyə müdaxilə etmirsə, o zaman bu dövlətin və hökumətin etibarı qalmayacaq

 

Mayın 12-də İraqda keçirilən parlament seçkilərindən sonra yüz illərdir ki, öz varlığıni, dilini, mədəniyyətini min bir çətinliklə qoruyub saxlayan, həmişə ayaqda dayanan Kərkük, Türkmənelində vəziyyət kritik həddə çatıb. Kərkük insanlarına qarşı böyük haqsızlıq baş verib və seçki saxtalaşdırılıb. Bundan sonra türkmənlər seçkilərin nəticələrinə etiraz əlaməti olaraq, küçələrə çıxıb, öz haqlarını tələb ediblər.

 

Versus.Az-ın məlumatına görə, ekspertlər hələ seçkilərdən öncə hesab edirdilər ki, təxminən 24 milyon qeydə alınmış seçici olan İraqda, əhali nisbətinə görə Kərkükdən 13 millət vəkili seçmək mümkündür. Təəssüf ki, keçirilən seçkilərdə Kərkük, türkmənlər tarixlərinin ən böyük haqsızlığı, saxtakarlığı ilə üz-üzə qaldılar.

 

İraq parlamentinə Kərkükdən namizəd, Türkməneli partiyasının rəhbəri Riyaz Sarıkahya Versus.Az-a açıqlamasınada bildirib ki, Kərkük üzərində böyük oyunlar gedir. Bu gün isə türkmənlər gerçək soyqırımla üzləşiblər:

 

“İraqda parlament seçkilərində böyük saxtakarliq baş verdi. Biz sonuna qədər dirənəcəyik. Ya səslər yenidən əllə sayılmalıdır, ya da yeni seçki keçirilməlidir. Türkmənlər haqlarından əsla vaz keçməyəcəkdir. Hər zaman İraqın bütövlüyü, dövlətçiliyi uğrunda mübarizə aparıb, şəhidlər vermişik. Bu gün də halal haqqımızı tələb edirik. Rəsmi Bağdaddan türkmənlərə, Kərkükə ədalət istəyirik”.

 

Türkməneli partiyasının lideri Riyaz Sarıkahya əlavə edib ki,  biz bütün Türk dünyasına çağırış edirik, Kərkükdə baş verənlərə seyriçi qalmasınlar:

 

“Kərkük əhalisinin səsi eşidilənə qədər mübarizəmizi davam etdirəcəyik. Yeri gəlsə, son nəfəsimizə, son qanımıza qədər mübarizə aparacağıq, amma bu torpaqlardan bir addım geri addım atmayacağaq. Kərkük insanı sonuna qədər öz dilini, bayrağını qoruyacaq. Biz İraqın bərabərhüquqlu vətəndaşlarıyıq. Seçilmək, Kərkükü, Türkməelini təmsil etmək, səsimizi çatdırmaq bizim də haqqımızdır”.

 

Türkməneli partiyasının yaydıgı çağırışda daha sonra bu fikirlər yer alır:

 

"Türkmən xalqı olaraq, necə ki, dövlətin parçalanmasına yox dedik, seçkinin nəticələrinin saxtalaşdırılmasına da göz yummayacağıq. Əgər hökumət bu məsələyə müdaxilə etmirsə, o zaman bu dövlətin və hökumətin etibarı qalmayacaq. Türkmənlər İraqın ən fədakar, ən vətənpərvər xalqıdır. Biz ölkəmizin bütövlüyü uğrunda qanımızı, canımızı, malımızı verdik. Amma dövlətin və hökumətin bizə cavabı budur. Biz son damla qanımızadək, Allahın köməkliyi ilə ülkü ocaqları sayəsində ayaqda duracağıq. Üzərimizdə oynalınan oyunlar bizi yox edə bilməz. Biz 1918-ci ildən indiyədək fərqli oyunlara gəldik, amma hələ də ayaqdayıq".

 

Türkməneli partiyasını lideri Riyaz Sarıkahya türk dünyasının Kərkük türkmənlərinin səsinə səs verəcəyinə ümid etdiyini vurğulayıb:

 

“Türkmənlər ayrı-ayrı mərhələlərdə həmişə belə ağır sınaqlarla üzləşiblər, torpaqlarımızın üzərini qara buludlar alıb. Amma biz canımız amlımız bahasına bu torpaqları qorumuşuq, varlığımızı sübut etmişik. Türkmənlərin bu günkü dirənişi də bütün dediklərimizin isbatıdır”.

 

Ağanisə Sultanova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı