Türkiyədə evdən gəzməyə çıxan yaşı 65-dən yuxarı olanlar cərimələnəcək

17:28 22-03-2020 | icon 472 | Dünya
Türkiyədə evdən gəzməyə çıxan yaşı 65-dən yuxarı olanlar cərimələnəcək

Türkiyədə yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olanlara evdən küçəyə çıxmağa qoyulan qadağa bu gündən tətbiq olunmağa başlanıb.

 

Versus.Az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin 81 valiyə göndərdiyi təlimatda qeyd olunub ki, qadağaya əməl etməyənlər 3 min 150 lirə cərimə ödəyəcəklər və Türkiyə Cinayət Məcəlləsinin 195-ci maddəsinə görə, cinayət məsuliyyətinə cəlb olunacaqlar.

 

Qeyd edək ki, dünən gecə yerli vaxtla 01.00-dan Türkiyədə yeni tip koronavirusa  (COVİD-19) yoluxma riski yüksək olan yaşı 65-i keçənlər və xroniki xəstəlikdən əziyyət çəkənlərin yaşadıqları evdən kənara çıxması, park, bağça kimi açıq məkanlarda gəzmələri məhdudlaşdırılıb.

 

Ancaq dövlət sektorunda və bələdiyyələrdə xidmətlərinə zəruri ehtiyac olanlara bu qadağa tətbiq olunmayacaq. Bu sıraya həkimlər, bələdiyyə sədrləri, dövlət qurumlarının yerli orqanlarının rəhbərləri, sosial xidmət sahələrində çalışanlar, apteklərdə işləyənlər daxildir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Ceki Çanın kəskin qocalmasının SƏBƏBİ

“Ludus”un təsisçisi Bakıda

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA