Müdafiə Sənayesi Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

22:30 22-03-2020 | icon 425 | Sosial
Müdafiə Sənayesi Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Martın 21-də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin onlayn rejimdə iclası təşkil olunub. 

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, Müdafiə Sənayesi naziri Mədət Quliyevin və məsul əməkdaşların iştirakı ilə keçirilən müşavirədə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə xüsusi rejimdə iş üzrə Təlimatından irəli gələn məsələlər müzakirə olunub.

 

Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi koronavirus infeksiyasına qarşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən bütün qərarları dəstəkləyəcəyini, virusun yayılmasının qarşısının alınmasına kömək məqsədilə bundan sonra da hər cür ehtiyat tədbirlərinin həyata keçiriləcəyini qeyd edib. 

 

Təlimata uyğun olaraq, əməkdaşların təhlükəsizliyinin təmini məqsədilə Nazirliyin mərkəzi aparatında və tabeli müəssisələrdə iclasların, müşavirələrin və toplantıların yalnız telefon və internet rabitəsi vasitəsilə keçirilməsi, mümkün olduğu halda əməkdaşların məsafədən işləmələrinin təşkili, o cümlədən 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlərin tətbiqi qərara alınıb.

 

Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar ölkədə xüsusi rejim tətbiq olunduğu gündən Müdafiə Sənayesi Nazirliyi tərəfindən bütün tabeli müəssisələrdə bir sıra qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, bütün ezamiyyətlər dayandırılıb, əməkdaşlara xarici ölkələrə şəxsi səfərləri məhdudlaşdırmaq məsləhət görülüb, vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınıb, müraciətlərə yalnız elektron və telefon rabitəsi vasitəsilə baxılması təmin edilib.

 

Müşavirədə Koronavirusla Mübarizəyə Dəstək Fonduna Müdafiə Sənayesi Nazirliyi tərəfindən vəsait köçürüldüyü bildirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı