Namizədlər bir-birini təhqir edib

19:05 28-02-2018 | icon 562 | Dünya
Namizədlər bir-birini təhqir edib

Rusiyada prezidentliyə namizədlərin “Rossiya 1” telekanalında debatında qalmaqal baş verib.

 Versus.az “life.ru” saytına istindən xəbər verir ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski prezidentliyə digər namizəd Sergey Baburin çıxış edən zaman yüksək tonla onu yalan danışmaqda ittiham edib.

Prezidentliyə namizədlərdən jurnalist Kseniya Sobçak V.Jirinovskini sakit olmağa çağırıb. V.Jirinovski isə K.Sobçakı təhqir edib, onu “axmaq”, “kirli iyrənc qadın” adlandırıb. K.Sobçak buna cavab olaraq stəkandakı suyu V.Jirinovskinin üstünə atıb. Ancaq V.Jirinovski yenə də təhqirlərini dayandırmayıb. K.Sobçak isə V.Jirinovskiyə onun metodu ilə cavab verdiyini bildirib.

Prezidentliyə namizədlər arasında bu qalmaqal Uzaq Şərqdə “Rossiya 1” telekanalının efirində nümayiş etdirilib. Ancaq debat digər regionlarda nümayiş etdirilərkən qalmaqal hissəsi çıxarılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı