Günahdır

07:24 16-05-2018 | icon 147 | Köşə
Günahdır

 

Dilindən, dinindən, millətindən asılı olmayaraq...

 

 

AĞANİSƏ SULTANOVA

 

Neçə gündür ki, sosial şəbəkələrdə bir məsələ diqqətimi çəkir. Qəbul imtahanlarında iştirak edəcək abituryentlərin bir gün öncə dini məkanlara, ziyarətgahlara getməsi belə demək mümkünsə, ələ salınır. Burada qeyri-adi nə var ki? Dilindən, dinindən, millətindən asılı olmayaraq hər kəsin seçimlərinə hörmətlə yanaşılmalıdır. Fikrimcə, dini inanclar ümumiyyətlə, müzakirə olunmamalıdır.

 

ALLAHA pənah aparan, inanclı insanlar həmişə dini yerlərə, ziyarətgahlara gedir. Orta məktəbi bitirdiyim il qəbul imtahanlarından bir gün öncə rayonumuzdakı Seyid Rəsul Aga ziyarətinə gedib, dua etmişdim. Mənimlə birlikdə nə qədər qəbul imtahanına gedəcək yaşıdlarım vardı o ziyarətdə. Bu o anlama gəlmir ki, həmin ziyarətgaha getsən mütləq ali məktəbə qəbul olacaqsan. İnsanın içindəki inamdan, ALLAHA olan sevgisindən irəli gələn bir duyğudur ziyarətgaha getmək. Mənəvi olaraq rahatlıq tapırsan, özündə bir güc hiss edirsən. Bu təkcə ali məktəblə bağlı deyil. İnsanlar məscidlərə, ziyarətgahara gedib ALLAH ilə baş-başa qalmağa, dua etməyə ehtiyac duyurlar.

 

Moskvada ən böyük kilsələrdən birində olarkən diqqətimi 16-17 yaşında bir neçə qız çəkmişdi. Başları bağlı, şam yandırıb, dua edirdilər. Oyrəndim ki, bu uşaqlar bir neçə gündən sonra qəbul imtahanı verəcəklər. Açığını deyim ki, Moskvada, Nijni Novqorodda insanların öz dinlərinə necə hörmətlə yanaşması, dini ayinləri yerinə yetirməsi məni heyrətdə qoymuşdu.

 

Digər bir örnəyi isə Yaponiyadan gətirəcəm. Tokio Dövlət Universitetinin yaxınlığında böyük bir dini məbəd var. Ümumiyyətlə, Yaponiyada sintoizm və buddizmə aid olan məbədlər çoxdur. MDB-dən olan həmkarlarımla məbədə gedib, yaponların dini inancları ilə yaxından tanış olduq. Bir nüansı qeyd edəcəm... Məbədin böyük həyətində dini ritualları icra etmək üçün çox maraqlı mənzərələrlə qarşılaşdıq. Ortada qoyulan, təxminən bizim təndirə bənzər yerdən tüstü çıxırdı. Və məktəbli geyimindı olan, təxminən 10-12 yaşlı  xeyli sayda uşaq onun ətrafında dolanır, nəsə pıçıldayırdılar. Maraqlananda bizə bildirdilər ki, bura təkcə uşaqlar deyil, böyüklər də gəlir. Bu tüstü insanları pislikdən, şər qüvvələrdən qoruyur.

 

Yaponiyanın qədim paytaxt şəhəri Kiotoda da belə mənzərələrlə çox qarşılaşdım. Hətta ölkəyə gələn turistlər, əcnəbi vətəndaşlar da bu ritualları yerinə yetirirdilər. Açığını deyim ki, bütün bunlar çox xoşuma gəldi.

 

Ümumiyyətlə, xarici ölkələrdə olarkən, həmin ölkənin tarixi yerləri, mədəniyyət abidələri ilə birlikdə mütləq dini yerlərini də ziyarət edirəm. İnsanların dinləri, dilləri, millətləri fərqli olsa da, hər kəsin içində bir inam, inanc var. Çətin günümüzdə də, şad günlərimizdə də əlimizi ALLAHA açıb Dua və Şükür edirik. İnsan inancsız, duasız və şükürsüz yaşaya bilməz. Bu, dünyanın hər yerində belədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

Bu məhkumlarla bağlı qanun dəyişir

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS