Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələri kartla ödəmək imkanı yaradılıb

14:25 23-03-2020 | icon 392 | Sosial
Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələri kartla ödəmək imkanı yaradılıb

Əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə məqsədilə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə ayrı-ayrı qurumlarla yanaşı, fərdi qaydada vətəndaşlardan da dəstək gəlir.

 

Versus.Az Azərbaycan Beynəlxalq Bankına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlər sırasında fiziki şəxslər də var. Yardımlar Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında Fond üçün açılmış bank hesabına köçürülür.

 

Fonda yardım etmək istəyən şəxslərin bundan ötrü bank filiallarına gəlmək ehtiyacını aradan qaldırmaq məqsədilə Azərbaycan Beynəlxalq Bankı “Həmrəy ol, qalib gələk”  devizi altında köçürmələri onlayn qaydada aparmaq imkanı da yaradıb. Belə ki, vətəndaşlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrini bu link üzərindən istənilən yerli bankın ödəniş kartları vasitəsilə həyata keçirə bilərlər.

 

Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin