Azercell 5728 aztəminatlı ailəyə dəstək oldu

14:34 23-03-2020 | icon 382 | İqtisadiyyat
Azercell 5728 aztəminatlı ailəyə dəstək oldu

Novruz bayramı və koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə çərçivəsində ölkənin lider mobil operatoru olan “Azercell Telekom” bu dəfə də həssas qrup kateqoriyadan olan insanlara öz qayğısını əsirgəmədi.

 

“Azercell Telekom”dan Versus.Az-a verilən məlumata görə, şirkət sosial məsuliyyət strategiyası çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilən siyahı üzrə Bakı şəhərində yaşayan, I qrup əlilliyə görə sosial müavinət alan ailə üzvü olan 5728 aztəminatlı ailəyə bayram sovqatı verilib. Sovqatlar ünvanlara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC tərəfindən çatdırılıb.

 

“Azercell” və RİİB tərəfindən həyata keçirilən bu təşəbbüs həssas təbəqədən olan insanların sosial rifahını yaxşılaşdırmaqla yanaşı, dövlətin koronavirus infeksiyanın yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində sosial izolyasiya tədbirlərinə də dəstək məqsədi daşıyır.

 

“Azercell Telekom” və RİİB tərəfindən bu cür xeyirxah təşəbbüslərin davamlı olaraq bundan sonra da həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı