“Yeni Müsavat” Media Qrupu Koronavirusla Mübarizə Fonduna ianə edib

16:21 23-03-2020 | icon 565 | KİV
“Yeni Müsavat” Media Qrupu Koronavirusla Mübarizə Fonduna ianə edib

Azərbaycanda özəl sektordan Prezident İlham Əliyevin təçəbbüsünə dəstək tədbirləri davam edir.

 

“Yeni Müsavat” Media Qrupunda korporativ sosial məsuliyyət öhdəliyindən irəli gələrək, koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək vermək barədə qərar qəbul olunub.

 

Versus.Az xəbər verir ki, qərara uyğun olaraq Media Qrupunun ayırdığı vəsait fondun hesabına köçürülüb.

 

Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Azərbaycan dövləti və ölkə Prezidentinin koronavirusla mübarizə istiqamətində atdığı bütün addımları dəstəkləyir:

“Bu, Azərbaycanın maraqlarına cavab verən addımlardır, ölkə insanını qorunmasına xidmət edir. Ona görə də həm informasiya planında əlimizdən gələn dəstəyi veririk, həm də Prezidentin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna simvolik də olsa qatqıda bulunduq. Artıq bir sıra media quruluşları da bu kampaniyaya qouşulublar".

 

R.Arifolunun sözlərinə görə, qəzetlərin, media quruluşlarının dəstəyi simvolikdir:

“Amma bu, təbliğati baxımdan əhəmiyyətlidir. Zənginlərə, iş adamlarına, Azərbaycandan kənarda olan varlı soydaşlarımıza xitab edirik ki, Azərbaycanın, dolayısı ilə bəşəriyyətin xilası üçün koronavirusa qarşı mübarizə kampaniyasını dəstəkləsinlər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol