Dezinformasiya xarakterli məlumatlar yaydıqlarına görə inzibati qaydada həbs olundular

18:03 23-03-2020 | icon 301 | Sosial
Dezinformasiya xarakterli məlumatlar yaydıqlarına görə inzibati qaydada həbs olundular

"Koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir. Konkret olaraq  kütləvi tədbirlərin keçirilməsi təxirə salınmış, restoran və kafelərdə iş rejimi saat 15.00-dək müəyyən edilib".

 

Versus.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

 

Tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılanır, dövlətin həyata keçirdiyi tədbirlər dəstəklənir:

"Lakin respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 15.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilmiş nəzarət tədbirləri ilə müəyyən edilmiş konkret vaxtdan sonra fəaliyyətini dayandırmayan respublika üzrə 411, o cümlədən Bakı şəhərində 154 obyekt müəyyən edilib. Göstərilən səbəbdən 347 obyekt sahibinə xəbərdarlıq olunub, 71 obyekt sahibi barəsində inzibati cərimə tətbiq edilib.  

 

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar əhali arasında dezinformasiya xarakterli məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs olunub. 

Xatırladaq ki, respublikanın şəhər və rayonalrında qeydiyyatda olan nəqliyyat vasitələrinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının dayandırılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın müvafiq qərarının icrası çərçivəsində Bakı-Qazax avtomobil yolunun 65-ci, Bakı-Şamaxı avtomobil yolunun 26-cı və Bakı-Quba avtomobil yolunun 45-ci kilometrliklərində sutkalıq fəaliyyət göstərən 3 xüsusi polis postu yaradılmışdır. Bugünədək müəyyən edilmiş məhdudiyyəti pozmaqla Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna daxil olmaq istəyən 4 000 avtomobil geri qaytarılıb.  

Qeyd olunmalıdır ki, həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də bir daha Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət olunmasını, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılanmasını xahiş edirik".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi