NRYTN də Prezidentin çağırışına qoşuldu

18:10 23-03-2020 | icon 472 | İqtisadiyyat
NRYTN də Prezidentin çağırışına qoşuldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “COVİD-19” zəminində yarana biləcək iqtisadi ziyanları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb. 

 

Nazirlikdən Versus.Az-a verilən xəbərə görə, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və sağlamlığına xüsusi önəm verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər heyəti bir aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayıb. 

 

Məqsəd adıçəkilən virusun Azərbaycanda yayılmasının qarşısını almaqla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, eləcə də yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərməkdir.

 

Xatırladaq ki, koronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması bu gün bütün dünyanın prioritetinə çevrilib. Ölkələr arasında gediş-gəlişin məhdudlaşdırılması, sosial izolyasiya tədbirləri biznes və iqtisadiyyatın hər bir sahəsinə öz təsirini göstərir.  

 

Məlumat üçün bildirək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI