Xarici ölkələrdəki Azərbaycan vətəndaşlarının təxliyəsi proseduruna aydınlıq gətirildi

09:14 24-03-2020 | icon 291 | Cəmiyyət
Xarici ölkələrdəki Azərbaycan vətəndaşlarının təxliyəsi proseduruna aydınlıq gətirildi

“Hazırda yeni tip koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar Xarici İşlər Nazirliyində Operativ Qərargah fəaliyyət göstərir”.

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

H.Hacıyev deyib ki, səfirliklər vasitəsi ilə xarici ölkələrdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımız barədə məlumatlar toplanır və həmin məlumatlar vahid məlumat bazasında yığılır:

“Daha sonra bu barədə Prezident Administrasiyasına, Nazirlər Kabineti yanında Operativ Qərargaha məlumat verilir. Ölkələr üzrə məlumatlar fərqlidir. Bəzi vətəndaşlarımız konsulluq qeydiyyatında olmayıblar, onların qeydiyyatı prosesi aparılır”.

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi nəzərə çatdırıb ki, vətəndaşların ölkəyə təxliyəsi zamanı prioritet məsələlər əsas götürülür:

“Azyaşlı uşaqlarla olan qadınlar, xəstələr və digər bu kateqoriyadan olan insanlar prioritet götürülməklə, ölkələr üzrə vətəndaşların təxliyəsi qarşıya qoyulub. Hazırda ölkələrdə olan vətəndaşlarımızın sayının dəqiqləşdirilməsi, ölkələr üzrə prioritetləşdirilməsi həyata keçirilir. Eyni zamanda potensial uçuş icazələri üçün nəzərdə tutula biləcək və həmin ölkələr tərəfindən irəli sürüləcək tələblər də nəzərə alınmaqla, təxliyə məsələləri konkret bir qrafikə salınır”.

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...