Tokio-2020 üçün təsnifat turnirləri yenidən keçirilə bilər

09:20 24-03-2020 | icon 1083 | İdman
Tokio-2020 üçün təsnifat turnirləri yenidən keçirilə bilər

“Həm Beynəlxalq Olimpiya Komitəsi, həm də Təşkilat Komitəsi idmançıların təhlükəsizliyini əsas prioritet hesab edir”.

 

Versus.Az xəbər verir ki, bunu Yaponiya Milli Olimpiya Komitəsinin (MOK) sədri Yasuxiro Yamasita deyib.

 

MOK rəhbəri bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınmasına hazırdırlar:

“Biz Oyunları iyulun 24-də başlamağa çalışırdıq. Amma koronavirus pandemiyası yayılmaqda davam etdiyi üçün başa düşürəm ki, təxirəsalmanı nəzərə almalıyıq. Bunun nə qədər uzun olması çətin sualdır. Yəqin ki, yeni tarixə hazırlaşmaq üçün təşkilatçılara kifayət qədər vaxt verilməsi daha yaxşı olar. İdmançılara gəlincə, yubanma nə qədər az olsa, bir o qədər yaxşıdır. Əgər yarışlar uzun müddətə təxirə salınsa, idmançılarla nə olacaq? Ola bilər ki, təsnifat yarışlarını yenidən keçirməli olsun. Bu yay öz idman formasının pik nöqtəsinə olmağa çalışan, karyerasını bitirməzdən öncə sonuncu Olimpiadası olduğunu düşünənlər üçün istənilən halda çətin qərar olacaq”.

 

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçirilməlidir. Azərbaycan isə Tokio-2020-yə hələlik 15 lisenziya qazanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı