Dünyada koronavirusdan ölənlərin sayı 16 500-ü keçib

13:06 24-03-2020 | icon 403 | Dünya
Dünyada koronavirusdan ölənlərin sayı 16 500-ü keçib

Dünyada koronavirus (COVİD-19) səbəbindən ölənlərin sayı 16 568-ə çatıb.

 

Versus.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat koronavirusla bağlı dünya üzrə statistikanı açıqlayan "Worldometer" saytında yerləşdirilib. 

 

Məlumatlara görə, yeni növ koronavirus səbəbindən ən çox ölüm halı İtaliyada qeydə alınıb. İtaliyada 6077 dünyasını dəyişib. İtaliyadan sonra ən çox ölüm sayı koronavirusun başlandığı Çində baş verib. Çində indiyə qədər koronavirusdan 3277 nəfər ölüb.  

 

Hazırda virusun ən geniş yayıldığı ölkələrdən biri isə İspaniyadır. Ölüm sayına görə üçüncü yerdə olan İspaniyada virusun qurbanlarının sayı 2311-ə çatıb. 

 

Virusun ən çox ölümə səbəb olduğu dördüncü ölkə isə İrandır. İranda indiyə qədər 1812 nəfər koronavirusdan dünyasını dəyişib. 

 

Saytın məlumatında dünya üzrə indiyədək koronavirusa 382 057 nəfərin yoluxuduğu, onlardan 102 501 nəfərin sağaldığı qeyd olunub. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

“Sovetski”də qədim quyu və tunellər aşkarlandı

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI