Bu məqamda Ərdoğandan gözləntilər böyükdür

15:11 16-05-2018 | icon 942 | Kürsü
Bu məqamda Ərdoğandan gözləntilər böyükdür

 

 

ƏLİSAHİB HÜSEYNOV

/DADP sədri/

 

Hamımız müqəddəs Ramazan ayının gəlişini səbirsizliklə gözləyirdik. Amma 11 ayın sultanı bu dəfə xoş gəlmədi. Daha doğrusu, neoimperialist güclərin əliylə hakimiyyətə gətirilmiş Donald Trampın qızışdırıcılıq siyasətinin nəticəsində Netanyahu rejimi İsrailin paytaxtının Qüdsə köçürülməsi məsələsini reallaşdırmağa başladı. Şübhəsiz ki, müsəlmanlar (xüsusən də Fələstin müsəlmanları) bu cür məkrli avantüraya reaksiyasız qalmayacaqdılar, etirazlarını bildirəcəkdilər. Bildirdilər də. Və nəticəsi...

 

Nəticəsi isə çox məşum, tükürpərdici, qanlı oldu. İsrail əsgərləri son 2 gün ərzində 50-dən artıq fələstinli müsəlmanı qətlə yetirib, 2000-dən çox müsəlman isə qanına qəltan edilib, yaralı vəziyyətdədir.

 

Dünyanın ədalətli, sülhsevər qüvvələri təbii ki, bu vəhşiliyə öz etirazını bildirir. ABŞ-ın isə İsraili əsla qınamaq fikiri yoxdur. İsrail ordusunun və polisinin qəddarlığına ən kəskin formada etirazını bildirən tək ölkə isə qardaş Türkiyədir. Bunun real təsdiqi kimi Türkiyə hökuməti haqlı olaraq İsrail səfirini ölkədən qovdu. İsrail tərəfi isə geri çəkilmək, səhvini düzəltmək və müsəlman dünyasından üzr istəmək əvəzinə, Türkiyənin bu addımına eyni tərzdə qarşılıq verdi və Türkiyə səfirini ölkədən çıxardı. Dağıdıcılıq xətti yürüdən, dünyanın yenidən bölüşdürülməsinə start verən Tramp isə bu hadisələri məmnunluqla seyr edir.

 

Ramazan ayının başlanğıcı ərəfəsində baş verən bu qanlı olaylar Türkiyəyə və müsəlman dünyasına yaxşı heç nə vəd etmir. Çünki yeni Dünya Düzəni planının həyata keçirilməsi prosesində ilk hədəf məhz müsəlmanlardır. Lakin hər bir halda Türkiyə Cümhuriyyətinin lideri Rəcəb Tayyib Ərdoğanın bu cür həssas və kritik məqamda ağıllı və müdrik addımlar atacağına şübhə etmirik. Belə bir ağrılı məqamda bütün dünya müsəlmanlarının vəhdət, birlik nümayiş etdirməsi də hava-su kimi vacibdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol