Xüsusi karantin rejimində bəzi sahələrdə çalışanların Bakıya girişi tənzimlənəcək

13:14 24-03-2020 | icon 268 | Sosial
Xüsusi karantin rejimində bəzi sahələrdə çalışanların Bakıya girişi tənzimlənəcək

"Bakı qeydiyyatında olan vətəndaşlarımızın xüsusi karantin rejimi başa çatana qədər paytaxtdan çıxışına icazə verilməyəcək. Rayon qeydiyyatında olan vətəndaşların isə Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişinə icazə verilməyəcək".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

 

O, rayon qeydiyyatında olub Bakıda işləyənlər və hazırda rayonda olanların paytaxta geri dönməsi ilə bağlı vəziyyəti də şərh edib:

"Yəqin ki, rayon qeydiyyatında olub, Bakıda elə bir sahədə, strateji obyektdə işləyənlər var ki, onların şəhərə girişi tənzimlənəcək. Amma strateji əhəmiyyətli işlərdə çalışmayan şəxslər xüsusi karantin rejimi başa çatanadək gözləməli olacaqlar. Bütün bu addımların məqsədi vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığının qorunmasıdır".

 

Mətbuat xidmətinin rəisi bildirib ki, bəzi sahələrdə işləyən şəxslərin Bakıya buraxılıb-buraxılmayacağı şəhərə girişdə qurulan postlarda müəyyən ediləcək:

"Bu səbəbdən hər bir vətəndaşın üzərində şəxsiyyətini təsdiq edən və harada işləməsini müəyyən edən sənədləri olmalıdır". 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin