Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılıb

13:20 24-03-2020 | icon 238 | Sosial
Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılıb

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 mart 2020-ci il tarixli Qərarına uyğun olaraq 24 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə üzrə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

 

Onun sözlərinə görə, ölkə ərazisində 617 marşrut üzrə şəhərdaxili və rayondaxili daşımalarda fəaliyyət göstərən avtobuslar, həmçinin qanunvericiliyə uyğun müvafiq qaydada işləyən taksi nəqliyyat vasitələri və sözügedən marşrut xətlərini əlaqələndirən avtovağzal və və avtostansiya kompleksləri adi iş rejimində çalışacaq:

“Belə ki, hər hansı şəhər və ya rayon ərazisində fəaliyyət göstərən daxili marşrutlar adi qaydada fəaliyyətlərini davam etdirəcək. Sərnişinlərin şəhər və ya rayon mərkəzindən həmin şəhərin kənd və qəsəbələrinə gediş-gəlişi təmin ediləcək. 

Eyni zamanda bildiririk ki, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində sərnişindaşımaya məhdudiyyət olmadığından onları əlaqələndirən marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək və sərnişin axınına uyğun avtobusların sayı tənzimlənəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişinlərdən xahiş edir ki, zəruri səbəbləri yoxdursa nəqliyyat vasitələrindən maksimum az istifadə etsinlər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”