"Avrora Qrup" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat köçürüb

17:32 24-03-2020 | icon 504 | İqtisadiyyat
"Avrora Qrup" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat köçürüb

Azərbaycanda qida sektorunun aparıcı şirkətlərindən biri, ölkənin qida təhlükəsizliyində aparıcı mövqelərdən birini tutan “Avrora Qrup” ölkə başçısı İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 200 000 manat vəsait köçürüb.

 

Versus.Az xəbər verir ki, koronovirusla bağlı dövlətin qəbul etdiyi qərarlara dəstək məqsədi ilə şirkətin “Bizon Energy” və “Berg Energy” brendləri yüzdən çox 65 yaş üzəri tənha və kimsəsiz insanlara iki ay boyunca ərzaq yardımı edəcəyini elan edib. Ərzaq yardımlarının paylanmasına bu gündən etibarən start verilib.

 

“Avrora Qrup” eyni zamanda koronavirusla mübarizə çərçivəsində bütün istehsal müəssisələrini dezinfeksiya edərək, çalışanlarını xüsusi geyim forması ilə təmin edib. Şirkət əhalinin qida təminatını nəzərə alaraq ərzaq stokunu artırmaq üçün gücləndirilmiş iş rejiminə keçib.

 

Bundan başqa əhalinin ərzaq təminatını nəzərə alaraq “Avrora Qrupa” daxil olan Makaron Fabriki, Dəyirman və Un Zavodu Kompleksi, Qazlı İçkilər Zavodu və Biskvit Fabriki tam gücü ilə fəaliyyətini davam etdirir. Eyni zamanda şirkətin pərakəndə qolu olan “Avromart” və “Bolmart” supermarketlər şəbəkələri də fəaliyyətini gücləndirilmiş formada davam etdirir və xalqımıza xidmət göstərir.

 

Qeyd edək ki, “Avrora Qrup” 800-dən çox brendin rəsmi təmsilçisidir. Şirkət ölkəyə idxal etdiyi qida məhsullarının distributorluğunda da heç bir problem olmayacağı barədə əhaliyə təminat verir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin