Ramin Quluzadə Prezidentin çağırışına qoşuldu

10:18 25-03-2020 | icon 499 | İqtisadiyyat
Ramin Quluzadə Prezidentin çağırışına qoşuldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “COVİD-19” zəminində yarana biləcək iqtisadi ziyanları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən bildirilib.


Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və sağlamlığına xüsusi önəm verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər heyəti bir aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayıb.


Məqsəd adıçəkilən virusun Azərbaycanda yayılmasının qarşısını almaqla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, eləcə də yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərməkdir.


Xatırladaq ki, koronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması bu gün bütün dünyanın prioritetinə çevrilib. Ölkələr arasında gediş-gəlişin məhdudlaşdırılması, sosial izolyasiya tədbirləri biznes və iqtisadiyyatın hər bir sahəsinə öz təsirini göstərir.


Məlumat üçün bildirək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin