Onlar 700 bal topladılar

16:08 16-05-2018 | icon 722 | Gündəm
Onlar 700 bal topladılar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 4 şagirdi II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.

 

İdarədən Versus.Az-a verilən məlumata görə, III ixtisas qrupu üzrə 45 nömrəli tam orta məktəbin şagirdi Elvin Kərimli, 89 nömrəli tam orta məktəbin şagirdi Şayxanım Həsənova, 214 nömrəli tam orta məktəbin şagirdi Leyli Əhmədova və Texniki-Humanitar Liseyin şagirdi Zeynəb Quluzadə bütün test suallarına düzgün cavab verərək 700 bal toplayıblar.

 

Elvin Kərimli 2017-2018-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarında tarix fənni üzrə bürünc medalın sahibi olub. Həmçinin, “Nə?, harda?, nə zaman?” və “Əlaçı” intellektual bilik yarışlarının qalibidir.

Şayxanım Həsənova məktəbdə əlaçı və fəal şagirdlərdəndir. İstedadı və təfəkkürü, sərbəst fikir yürütmək qabiliyyəti, nümunəvi davranışı ilə seçilir.

 

Leyli Əhmədova 2016-cı və 2017-ci illərdə Respublika fənn olimpiadalarında tarix fənni üzrə qızıl medalın sahibi olub. Leylinin qardaşı İbrahim Əhmədov da 2015-ci ildə ali məktəbə qəbul imtahanlarında 700 bal toplayıb.

Zeynəb Quluzadə ibtidai təhsilini 5 nömrəli tam orta məktəbdə alıb. 2011-ci ildə isə Texniki-Humanitar Liseydə keçirilən qəbul imtahanında yüksək nəticə əldə edərək liseyin 5-ci sinfinə qəbul olub. 2016-cı və 2017-ci illərdə Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə bürünc medal, 2017-ci və 2018-ci tədris ilində isə eyni fənn üzrə qızıl medal qazanıb.

 

Qeyd edək ki, Zeynəb təkcə təhsildə deyil, eyni zamanda incəsənət sahəsində də böyük nailiyyətlər əldə edib. Belə ki, məktəbli vokal üzrə 2017-ci ildə Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş “Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqədə II, 2018-ci ildə isə Respublika Gənclər Fondu tərəfindən təşkil olunan incəsənət olimpiadasında I yeri tutub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür