Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin təmin edilməsi qaydası dəyişir

18:42 25-03-2020 | icon 298 | Siyasət
Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin təmin edilməsi qaydası dəyişir

Hüquqi şəxslər barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi qaydası dəyişir.

 

Versus.Az xəbər verir ki, bu, martın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan Cinayət Prosessual Məcəlləsinə təklif edilən əlavədə əksini tapıb.

 

İndiyə qədər barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədilə hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən qadağan oluna bilərdi.

Bu maddəyə təklif edilən əlavəyə əsasən, hüquqi şəxsin yenidən təşkil edilməsinin və ya ləğv olunmasının qadağan edilməsi barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndəriləcək.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür