"Zərərçəkmişlərə Yardım Mərkəzi yaradılsa, günəmuzd işləyənlərə də yardım göstərilər"

09:36 26-03-2020 | icon 562 | Siyasət
"Zərərçəkmişlərə Yardım Mərkəzi yaradılsa, günəmuzd işləyənlərə də yardım göstərilər"

Razi Nurullayev: "Bir köməkçi ayırın sosial şəbəkələri izləsinlər, minlərlə ehtiyac içində kömək istəyənləri görəcəksiniz"

 

"Çox seçicilər, vətəndaşlar mənə müraciət edir və kömək istəyir. Görüşmək, üz-üzə danışmaq istəyirlər. Bilirsiniz ki, qapım hər zaman açıq olub. Görüşlərim açıq olub. Xahiş edirəm başa düşəsiniz ki, indi virusla bağlı görüşlərimiz məhdudlaşıb. Amma, telefon və internet üzərindən yenə də işləyirik, qayğılarla məşğuluq və əlimizdən gələni etməyə çalışırıq".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

Bəs görəsən müraciət edən vətəndaşları daha çox nə narahat edir?

 

AXCP rəhbəri məsələyə aydınlıq gətirib:


"Məsələ burasındadır ki, ölkədə işləyən insanların bəlkə də 60-70 faizi ya müqaviləsiz, ya da günəmuzd işləyib. Bütün rayonlardan gəlib Bakıda işləyib ailələrinə pul göndəriblər. Bir çoxu ailəsini də Bakıya gətirib kirayə evlərdə qalıb. İndi bu insanlar çox ağır vəziyyətlə üzləşiblər. Qara bazarda işləmələri və kölgə iqtisadiyyatına töhvə vermələri onların günahı deyil. Buna məcbur olublar və ya ediliblər. Hətta bunu cənab Prezident də bir çıxışında vurğulayıb.

İndi bu insanlar Bakıda qalıblar, digər hissəsi isə kirayə yaşadıqları evin pulunu necə ödəyəcəyini düşünür, ailəsini necə saxlayacağının əzabını çəkir, komunal xərcləri necə ödəyəcəyindən narahatdır.

Cənab Prezident 1 milyard pul ayırıb və vəzifəli məsul şəxslər vurğulayıb ki, 12 istiqamət üzrə planlar və yardımlar hazırlanır. Ümid edirəm ki, bir hissə də günəmuzd və müqaviləsiz işləyənlərə aid olacaq. Məncə ən təxirəsalınmaz məsələ bu kateqoriya insanlar olmalıdır. Bu məsələ nə qədər tez həll olunarsa, faydalı olar. Narahatlıqlar çoxdur və təbii ki, mən dövləti, ölkə rəhbərliyini çox gözəl anlayıram".

 

R.Nurullayev qeyd edib ki, neftin qiymətinin düşməsi, sərhədlərin bağlanması, digər tərəfdən də hər kəsin evdə oturması hökumətin üzərində böyük, çəkilməsi zor olan yük yaradıb:

 

"Buna baxmayaraq, mövcud resurslar hesabına vətəndaşlara kömək gecikməməlidir. Qaz və elektrik enerjisinə qoyulan məhdudiyyətin aradan qaldırılması zərurətə çevrilməkdədir və ümid edirəm ki, hökumət tezliklə buna baxacaq".

 

Ölkə Prezidenti tərəfindən Koronavirusla bağlı yaradılan Fondun çox gözəl bir təşəbbüs olduğunu vurğulayan millət vəkili, toplanan vəsaitin karantinə alınan şəxslərin müalicəsinə, saxlanılmasına, otellərin xərcinin ödənilməsinə, dərmanların alınmasına yönələcəyini qeyd edib. Bildirib ki, çox böyük xərclər tələb olunur və Fond da bu xərcləri qarşılamağa yardım edəcək. Millət vəkilinin fikrincə, bu Fond çətin ki, digər vətəndaşlara kömək edə bilsin və bunu ummaq da ədalətsiz olar:

 

"Dediyim müqaviləsiz və günəmuzd işçilər isə ən həssas kateqoriyaya çevrilib. Bəziləri rayona qayıtmağa pul tapa bilmir, bəziləri kirayədən çıxmalı olub, bəziləri gündə bir dəfə qidalanmağa imkan tapmır. Heydər Əliyev Fondu ciddi işlər görür, yardımlar edir. Amma, bir Fond bu qədər yükü çəkə bilərmi? Bunun üçün də bu sahədə də təxirəsalınmaz tədbirlərə ehtiyac var və bəlkə də bir yeni Zərərçəkmişlərə Yardım Mərkəzi də yaradılmalıdır ki, imkanı olanlar ora da pul köçürsünlər və Mərkəz sırf olaraq bu kimi zərərçəkmişlərə birbaşa maddi yardım göstərsin. Azərbaycanda və xaricdə pulu-parası olan çoxlu həmyerlilərimiz var. Koronovirusla bağlı yaradılan Fonda pul köçürürlər, çox sağ olsunlar. Bununla bərabər, zərərçəkmişlərə birbaşa yardım da göstərməkdən çəkinməsilər. Bir köməkçi ayırın və sosial şəbəkələri izləsinlər, minlərlə ehtiyac içində kömək istəyənləri görəcəksiniz. Ümid edirəm ki, dövlət onların dadına çatacaq. Amma, bu yalnız dövlətlə həll oluna bilməyəcək. Hər kəsin əlini daşın altına qoyma, yardımlaşma, paylaşma zamanıdır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür