Parlamentin daha bir komitəsi onlayn iclas keçirdi

10:46 26-03-2020 | icon 333 | Siyasət
Parlamentin daha bir komitəsi onlayn iclas keçirdi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, bu barədə sözügedən komitənin sədri Tahir Mirkişili bildirib.

 

O bildirib ki, komitə 5 qanun layihəsini plenar iclasa tövsiyə edib. Komitə ölkədə koronavirusla mübarizə sahəsində görülən işləri yüksək dəyərləndirib.

 

Tahir Mirkişili vəziyyətin tam nəzarətdə olduğunu deyib: 

“Ümumiyyətlə, bu virus dünyada yayılandan Azərbaycan öz vətəndaşlarını qorumaq üçün operativ olaraq qabaqlayıcı tədbirlər həyata keçirməyə başladı və bu tədbirlər hazırda da hökumət tərəfindən davam etdirilir. Vəziyyət tam nəzarətdədir".

 

Qeyd edək ki, iclasın gündəlikdə olan beş qanuna uyğunlaşma xarakterli dəyişikliklərlə bağlı qərar qəbul edilib. Onlayn müzakirələrin sonunda sənədlərin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi barədə qərar qəbul edilib. Plenar iclasa tövsiyə olunan qanun layihələri bunlardı: 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür