AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham
Ehtiram Mehtiyev: "Əli Kərimli və onun kimi radikal ünsürlər həbs edilməlidir"
"Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər bir vətəndaş taleyüklü məsələlərdə vahid amal uğrunda birləşməlidir. Amma çox təəssüflər olsun ki, 5-ci kalon, dağıdıcı müxalifət imicini qazanan daxili bədxahlarımız dövlətimizə və milli həmrəyliyimizə qarşı üsyana keçiblər".
Versus.Az xəbər verir ki, bu sözləri Versus.Az-a açıqlamasında millət vəkili Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin sədr müavini Ehtiram Mehtiyev deyib.
Partiya yetkilisi bildirib ki, hazırda dünyanın və dövlətimizin diqqəti koronavirusla problemin həllinə yönəldiyi bir vaxtda Əli Kərimli fürsətdən istifadə edib ictimai fikirdə çaşqınlıq yaratmaq üçün ikrah doğuran fikirlərlə sosial şəbəkələrdə paylaşımlar edir:
"Məhz bu davranışı ona qarşı ictimai qınağı daha da artırır. Dövlətin koronavirusla mübarizə istiqamətində atdığı addımlara, gördüyü önləyici tədbirlərə kölgə salmaq yanlış mübarizə üsuludur. İctimaiyyətin də, hər bir vətəndaşımızın da ciddi dəstəyi olduğu həssas bir zamanda milli həmrəylik göstərmək əvəzinə belə çaşqınlıq yaratmaq, dezinformasiya ötürmək, düşmənçilik etmək hesab edirəm ki, siyasi cinayətdir. Bu gün Azərbaycanda güclü milli dövlət var və Azərbaycan dövləti heç zaman sabitliyin pozulmasına imkan verməyəcək. Hesab edirəm ki, yaxın günlərdə radikal mübarizə aparan Əli Kərimlinin bu cür əməllərinə hüquqi qiymət veriləcək".
SEVDA
Versus.Az
Xəbər lenti
Xalq artistindən "papaqatdı"ya ETİRAZ
“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər”