Koronavirus - dünyaya bir gözlə baxma siyasəti

22:42 26-03-2020 | icon 738 | Geopolitika
Koronavirus - dünyaya bir gözlə baxma siyasəti

Ramiyə Məmmədova: “Koronavirus dünya düzənini dəyişəcək”

 

Hələ ki, dünyanın başı virusun insan üçün yaratdığı xəstəlik və ölümlə mübarizəyə qarışıb. Hər bir xalq öz sərhədləri daxilində dünyanı bürüyən bu təhlükəni daha az itki ilə adlamaq üçün çabalayır. Dünya tərsinə dövran edir, o, bu dəfə dialoqa, ünsiyyətə qarşı çıxır. İctimailəşmə, sosiallaşma, inteqrasiya, qarşılıqlı ünsiyyət mövcud dönəmdə yolverilməz hala gəlib. Bir sözlə, mövcud informatika əsrində, dünyanı bir düymə ilə idarə etmə, dünyaya bir gözlə baxma siyasəti ən radikal formada baş qaldırıb.

 

Korona dünyanın çox kiçik olduğunu, sərhədlərin heç də gömrük xətti ilə məhdudlaşa bilmədiyi anlamını ortaya qoydu. Bir sözlə, Korona bütün sərhədləri bağladı. Proseslərin inkişafı  müharibə və digər kataklizmlər yaşayan ölkələrdə ikiqat gərginliyin yaranması ilə özünü ehtiva edir. Koronovirusla ideyaları üst-üstə düşən qara qüvvələrin belə bir prosesdən öz məqsədləri üçün istifadə etmək niyyətinə düşmələri təəccüblü sayılmır. Bu virusun digər qonşu ölkələrdə baş verən müharibə ocaqlarını nə dərəcədə söndürə bildiyi aparıcı dövlətlərin timsalında ortaya qoyulur. Nə baş verir. Bu cür  viruslu Virtuallaşma proqramı nəyə hesablanır? Müharibəni üstələyən Koronovirus müharibə edən dövlətlərə, terrorçu və işğalçılara hansı imkanları yaradır?

 

Politoloqlar Ramiyə MəmmədovaTaleh Əliyev mövcud vəziyyətlə bağlı çox maraqlı nüanslara toxunublar.

 

“Dünyanın bu təlatümlü, qaynayan qazana dönən dönəmdə...”

 

İstambulda fəaliyyət göstərən “Word Ponarama” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova bildirib ki, koronovirus dünya düzənini dəyişəcək:

“Bu, bəlkə də insanlığa ən böyük faydasını verəcək. Bu ğün pis, əziyyətli və qorxunc gördüyümüz vəziyyət sabah ən yaxşı nəticələr gətirəcək. Əlbəttə, insan itkisi az deyil. Lakin bəlkə də dünya müharibələrin gətirdiyi itkidən daha az itki verəcək. Cünki virus yayılandan müharibələr dayanıb, hec kim müharibə haqqında danışmır və heç yerdə silahlar partlamır. Əsas məsələ də budur. Hamının başı öz dövlətinin gələcəyinə və millətinin sağlamlığına qarışıb. Ölkələr bir-birinə dəstəkdən danışır. Ən problemli məsələ virusun dünya iqtisadiyyatına vurduğu zərbədi. Bunun altından çıxmaq üçün dövlətlərin öncədən razılıq əldə edə bilmədikləri məsələlərdə razılığa gəlib dəstək durması lazım olacaq. Dünyanın bu təlatümlü, qaynayan qazana dönən dönəmdə virus bir dərman kimi yaraları sağaltmağa başlaya bilər. Dünya dövlətləri arasındakı münasibətlərə yenidən baxıla bilər. Avropa Birliyi, Rusiya, Cin, İran, ABŞ, Yaxın Şərq dövlətləri hər biri müharibə etməkdən cəkinmədikləri tarixi dövürdü, bəlkə də üçüncü dünya savaşının bir addımlığında qalmışdı. Lakin virus bu düzəni pozdu və bu, yeni bir gələcəyə aparmaq üçün bir başlanğıcdır”.

 

“...Koronavirus özündən sonra bəşəriyyətə yeni bir dünya mirası qoyub gedəcək

 

Politoloq Taleh Əliyev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etdikdən sonra koronavirus haqqında dünya mediasında xeyli sayda ziddiyətli xəbərlər yayılmağa başlayıb. Onun sözlərinə görə, məhz bu dövrdən etibarən koronavirusun təbii deyil, böyük dövlətlərdən birinin hərbi laboratoriyalarında yaradıldığı haqqında fikirlər daha çox səslənməyə başlayıb:

“Biz, koronavirusun daha ağır fəsadlar törətdiyi dövlətlərə diqqət edəndə  bu virisun yayılmasının şübhəli olduğu haqqında da bir qənaətə gələ bilərik. Düzdür, bu gün koronavirusun birmənalı bioloji silah olduğunu israr etmək üçün əlimizdə elə bir sübutumuz yoxdur. Amma yenə təkrar edirəm koronavirusun yayılma coğrafiyası və onun haqqında dünya mediasında yayılan xəbərlər koronavirusun bioloji silah olması  ehtimalını gücləndirir. Amma fərq etməz, “zəlzələdən və ya vəlvələdən” yaranan koronavirusun dünya miqyasında yaratmış olduğu mənəvi-psixoloji, sosial-iqtisadi problemlər istər istəməz sui-istifadə hallarına daha geniş yol açmışdır. Təssüflər olsun ki, bu gün  koronavirusla mübarizə adı altında dövlətlər həm də öz milli və həm də hakimiyyət maraqlarını maksimum dərəcədə qorumağa çalışırlar. Yenə də ən çox itirən zəif dövlətlər və sadə vətəndaşlar olacaq. Amma mən əminəm ki, nə zaman bitməsindən asılı olmayaraq koronavirus özündən sonra bəşəriyyətə yeni bir dünya mirası qoyub gedəcək. Bu mübarizənin sonunda xeyir şərə qalib gələcək”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı