Deputatın Milli Məclisin iclasında iştirak etməsi tələb kimi müəyyənləşir

11:35 27-03-2020 | icon 247 | Sosial
Deputatın Milli Məclisin iclasında iştirak etməsi tələb kimi müəyyənləşir

Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etməsi bir vəzifə kimi müəyyənləşir.

 

Versus.Az xəbər verir ki, bu, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihə parlamentdə qəbul ediləcəyi təqdirdə, qanun 7-ci maddəsinin adı “Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti” “Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək vəzifəsi” ilə əvəzlənəcək. Qüvvədə olan qanuna əsasən, deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti vardırsa, dəyişikliyə əsasən, artıq bu, bir tələb kimi müəyyənləşir. Layihədə qeyd edilir ki, deputat Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etməlidir. Eyni zamanda bu tələbin üzürsüz səbəbdən pozulması parlamentdaxili məsuliyyətə səbəb olacaq.

 

Qanun layihəsi Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür