"G20 nəzdində yeni bir işçi qrupunun yaradılması çox vacibdir”

11:40 27-03-2020 | icon 520 | Dünya
"G20 nəzdində yeni bir işçi qrupunun yaradılması çox vacibdir”

"Qlobal maliyyə böhranı dövründə atdığımız addım kimi yenə də qlobal təhlükəsizliyimizi təmin etmək üçün ortaq fəaliyyətlərimizi tezləşdirməliyik. G20 dövlətlərinin bütün üzvlərini əhatə edən mərkəzi banklar arasında mübadilə sazişlərinin genişləndirilməsi lazımdır. Əgər birtərəfli addımlarla davam etsək, bu qlobal iqtisadiyyata da mənfi təsir göstərəcək”. 

 

Versus.Az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 dövlətlərinin yeni növ koronavirüsla (COVID-19) əlaqədar videokonfrans vasitəsilə keçirdiyi fövqəladə zirvə toplantısında bu fikirləri bildirib.

 

İki saatdan çox çəkən videokonfransda R.T.Ərdoğan deyib ki, koronavirus pandemiyası dünya əhalisini və iqtisadiyyatına ciddi şəkildə mənfi təsir etdiyi üçün  dünya son dərəcə gərgin bir dönəmdən keçir. Bu səbəbdən də dünya siyasətçilərinin birgə siyasət yürütməsinə ehtiyac olduğunu deyən Türkiyə prezidenti bildirib ki, dil, din, coğrafiya fərqi olsa da, təhlükəli virus narahatlığı bütün dünya əhalisini eyni dərdə ortaq edib:

“Koronavirusla mübarizə tədbirləri çərçivəsində G20 nəzdində yeni bir işçi qrupunun yaradılması çox vacibdir”.

 

Türkiyənin hər zaman olduğu kimi, bu məsələdə də beynəlmiləl həmrəyliyə qatıldığını və ortaq fəaliyyətə hazır olduğunu deyən prezident bütün dünya ölkələrini bu qlobal mübarizəyə qatılmağa çağırıb:

“Bu qlobal bəlaya qarşı ortaq mübarizə aparaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI