Bakı-Naxçıvan-Bakı aviareyslərinin gediş-gəliş qaydaları açıqlanıb

15:57 27-03-2020 | icon 254 | Sosial
Bakı-Naxçıvan-Bakı aviareyslərinin gediş-gəliş qaydaları açıqlanıb

AZAL aviaşirkəti, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin gediş-gəliş qaydalarını açıqlayıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Aviaşirkətin məlumatında bildirilib. Qeyd edilib ki, bu qaydalara Azərbaycan vətəndaşları qeyd-şərtsiz əməl etməlidir. 

 

Bakıdan Naxçıvana uçmalı olan Azərbaycan vətəndaşları üçün qaydalar: 

 

- Bakıdan Naxçıvana yalnız Naxçıvan Muxtar Respublikasında DAİMİ YAŞAYAN sərnişinlər uça bilər;

- "AZAL" aviaşirkətinin müntəzəm reysləri HƏFTƏDƏ BİR DƏFƏ, CÜMƏ AXŞAMLARI yerinə yetiriləcək. Bakıdan uçuş vaxtı saat 13:10-da müəyyən edilmişdir;

- reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalından həyata keçiriləcəkdir. YALNIZ adlarına aviabilet əldə edən SƏRNİŞİNLƏRİN aerovağzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan/ yola salan) şəxslərin aerovağzal binasına girişi qadağandır;

- insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə "AZAL"ın şəhərdəki aviabilet satış ofisləri bağlıdır, Bakıdan Naxçıvan istiqaməti üzrə reysə aviabiletləri "AZAL" AVİAŞİRKƏTİNİN SAYTINDAN əldə edə bilərsiniz (www.azal.az);

- AVİAŞİRKƏTƏ MƏXSUS SATIŞ OFİSLƏRİNDƏN əldə olunan aviabiletlər YALNIZ HƏFTƏNİN CÜMƏ AXŞAMLARI günləri  Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının satış kassasında geri qaytarıla və dəyişdirilə bilər;

- "AZAL" aviaşirkətinin rəsmi saytından əldə olunan AVİABİLETLƏRİN GERİ QAYTARILMASI VƏ YA DƏYİŞDİRİLMƏSİ ilə bağlı suallarınız üçün [email protected] elektron poçt vasitəsilə DƏSTƏK XİDMƏTİNƏ müraciət edə bilərsiniz; 

Naxçıvandan Bakıya uçmalı olan Azərbaycan vətəndaşları üçün qaydalar: 

- Naxçıvandan Bakıya yalnız Bakıda və ölkənin digər bölgələrində daimi yaşayan sərnişinlər uça bilər. Naxçıvandan uçuş vaxtı 15:30-da müəyyən edilib.

- Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan vətəndaşlarının Bakıya uçub gəlmələri QADAĞANDIR;

- xarici vətəndaşlar üçün Naxçıvandan Bakıya uçub getmək QADAĞANDIR;

- Bakıya gələn bütün sərnişinlər mütləq qaydada KARANTİNƏ YERLƏŞDİRİLİR.

"AZAL" aviaşirkəti bir daha vətəndaşları kəskin ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahətlərdən çəkinməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Sağ qabırğa altında, qarının yuxarı hissəsində baş verən ağrılar...

Elmar Məmmədyarov istefa versin! - ÇAĞIRIŞ

Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir

Avropa Xalq Partiyası Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrinə çağırış edib

Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Şuşa inauqurasiyası, mən, qarğalar…

Kanadanın ABŞ-la olan sərhədlərin açılmasının daha 30 gün uzadılmasına razılıq verilib

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın