“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi
Gülnarə Səlimova: "Bizə bu xoşməramlı layihənin həyata keçirilməsi üçün kömək edin"
Artıq üç ildir ki, “GulSam “Əlillərin Reablitasiya İctimai Birliyinin əlil və sosial təminatı zəif olan insanların işlə təmin olunması və həyat şəraitinin yaxşılaşdırılması, cəmiyyətə adaptasıyasının təşkili və təminatında yüksək rola malik ola biləcək Tikiş Fabrikinin açılıışı ilə bağlı hazırladığı layihənin həyata keçirilməsi son anda qeyri-müəyyən səbəblər üzündən dondurulub. Hansı ki, bu fabrik necə-necə əlil, şəhid ailələri, sosial imkanları zəif olan insanların işlə təmin olunması, həyat güzəranının dəyişməsi üçün gözəl bir başlanğıc və nümunə ola bilərdi.
Bu barədə Versus.az-a danışan “GülSam” Əlillərin Reablitasiya İctimai Birliyinin sədri Gülnarə Səlimova bildirib ki, Birliyin sədr müavini Vitali İsakovun iştirakı və xüsusi əməyi sayəsində fabrikin uğurlu fəaliyyəti üçün hazırladıqları layihə proqramı və fabrik üçün tələb olunan bütün sistem işlənib, hesablamalar aparılıb, hətta iş elanları belə verilib. Eləcə də işçi personalı, istərsə də fabrikdə istehsal olunacaq malların satışının təminatı ilə bağlı sifarişçi təşkilatlar da hazırdır.
O zaman əlillərin böyük zəhmət hesabına ərsəyə gətirdiyi bu işin dayandırılması kimin mənafeyinə uyğundur. Və yaxud bir əlilin öz əməyi ilə evinə bir parça çörək aparması, maddi-mənəvi təlabatını öz zəhməti ilə ödəyə bilməsi kimin maraqlarına, yaxud “cibinə” ziyan verə bilər? İstər-istəməz sual yaranır: fabrikin açılışı üçün önə çəkilən səbəblərdən biri kimi “qanun icazə vermir”disə, o zaman əlillərin irəli sürdüyü təşəbbüs, işlənilən proqramlar niyə ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dəstəklənirdi?
Gülnarə Səlimova bildirib ki, bu məsələ bir sıra nazirliklər tərəfindən dəstəklənib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təşəbbüskar əlillərlə görüşü zamanı fabrikin açılışı ilə bağlı layihəni, onun verə biləcəyi töhvələri yüksək qiymətləndirib. Bir sözlə, layihə bəyənilib, dəstəklənib, amma Tikiş Fabrikinin işləməsi üçün ayrılacaq vəsait hələ də verilmir, məsələ hələ də uzadılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyinin yüksək rəyi əsasında dəstəklənən bu layihənin birdən-birə dondurulması, ortaya çıxan bürokratik əngəllər layihə rəhbərlərini -"Gülsam" Əlilləri Reablitasiya İctimai Birliyinin sədri Gülnarə Səlimova və Birliyin sədr müavini Vitali İsakov, eləcə də fabrikdə işlə təmin olunacaq neçə-neçə əlilin, sosial təminatı zəif olan insanların, şəhid ailələrinin nigarançılığına səbəb olub.
Bu layihənin ən maraqlı və cəlbedici, qürurverici tərəfi ondan ibarətdir ki, fabrik məhz əlil arabasında olan gənclərin öz təşəbbüsləri ilə həyata keçirilir. Belə bir işin qarşısını almaq insanlığa qarşı davranışın sərgilənməsindən ötə bir şey deyil.
Əlillərin həyata keçirdiyi bu layihə bütövlükdə insanlığa gözəl nümunədir. Belə bir layihənin həyata keçirilməsi əlil insanların cəmiyyətə adaptasiyası prosesində, onlara verilən mənəvi dəstək, eləcə də maddi baxımdan təmin olunmaları üçün yüksək əhəmiyyətə malikdir. Bu mənada yüksək instansiyalı orqanların bu məsələyə yanaşmada daha diqqətli olmalarına xüsusi ehtiyac və zərurət var.
Axı bu Tikiş Fabrikinin açılışı neçə işsiz əlilin, sosial təminatı aşağı olan ailələrin, şəhid ailəllərinin həyata tutundurar, onlara cəmiyyətə lazmlı olduğunu hiss etdirməklə yanaşı yaşamaq həvəsini artırar, insanların sevincinə səbəb ola bilərdi. Əslində belə təşəbbüslər fiziki məhdudiyyəti olmayan, kifayət qədər imkanlı adamlar tərəfindən açılmaqla əlillərə hədiyə edilərdisə, daha gözəl və xeyirli bir bir iş olardı.
Lakin əlillər aciz deyil, sadəcə fiziki məhdudiyyətləri var. Əgər belə bir işi həyata keçirmək gücləri varsa, onlara əngəl törətmək əvəzinə, dəstək durmaq lazımdır və bu, bütövlükdə dövlətimizin inkişafı, çiçəklənməsi, ümumilikdə insanlığın zəfəri ola bilər...
Gülnarə Səlimova başladıqları bu işin uğur qazanması, neçə-neçə insana sevinc bəxş etməsi naminə aidiyyatı orqanlardan dəstək göstərmələrini, bu işə laqeyd yanaşmamağı xahiş etdilər. O, ilk növbədə Prezident İlham Əliyev cənablarına və vitse-prezident Mehriban xanım Əliyevaya səsləndi: "Bizə bu xoşməramlı layihənin həyata keçirilməsi üçün kömək edin"
SEVDA
Versus.Az
Xəbər lenti
Xalq artistindən "papaqatdı"ya ETİRAZ
“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər”