Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb

20:09 27-03-2020 | icon 1279 | Mədəniyyət
Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb

Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən azərbaycanlı rəssam-heykəltəraş Gülnarə Pamuk Muxtarova dünyada öz təsirini göstərməyə davam edən yeni növ koronavirusla bağlı “2020-ci ilin fəlakəti” mövzusunda rəsm əsəri hazırlayıb.

 

Versus.Az xəbər verir ki, bu barədə rəssam məlumat verib.

 

Əsas məqsədinin bu virusun yayılma və insanlar arasında törətdiyi fəsadlara dünya ictimaiyyətinin diqqətini cəlb etmək olduğunu bildirən rəssam, çox yaxın zamanda dünyanı öz təsiri altına salan bu virusun yox olacağını vurğulayıb:

 

"Lakin bu xəstəliyin qurbanlarının xatirələrinin əbədiləşdirilməsi və bu günlərdə yaşananların yaddaşlardan silinməməsi üçün öz sahəm üzrə bir işə görmək istədim. Mənim fikrimcə qadınlar dünyanın ən güclü varlıqlarıdırlar. Hər vəziyyətdə ailəni birləşdirib çətinliklərə sinə gərməyi bacarırlar. Dünya da bizim evimizdir və biz bir ailəyik. Bu səbəbdən əsərdə məhz qadın obrazının həkk olunmasını daha məqsədəuyğun hesab etdim”.

 

Qeyd edək ki, yağlı boya ilə çəkilmiş rəsm əsəri dörd günə hazırlanıb. /azertac/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər