Deputat Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bayram sovqatı göndərib

22:38 29-03-2020 | icon 373 | Sosial
Deputat Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bayram sovqatı göndərib

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonundakı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bayram sovqatı göndərib.

 

Versus.Az xəbər verir ki, millət vəkilinin köməkçisi 19 martdan 27 marta qədər rayonun kəndlərində sözügedən ailələri bir-bir gəzərək, 100-dən artıq ailənin Novruz bayramını millət vəkilinin adından təbrik edib və onlara bayram sovqatı verib. Eyni zamanda, koronavirusla bağlı maarifləndirmə işləri aparılıb.

 

Koronavirus xəstəliyi, bunun qarşısını almaq üçün dövlətimizin gördüyü tədbirlər, tətbiq edilən qadağaların mahiyyəti, şəxsi gigiyenaya diqqətin artırılmasının vacibliyi hər bir ailədə edilən söhbətlərin əsas mövzusu olub. Həmçinin sözügedən ailələrə koronavirusdan qorunmaq üçün bəzi tibbi ləvazimatlar da hədiyyə edilib və bu davamlı olacaq.

 

Növbəti həftə 200-dən çox şəhid ailəsi və müharibə əlili, qazi ailələrinə və tənha, yaşlı insanlara Q.Paşayeva tərəfindən koronavirusdan qorunmaq üçün tibbi-gigiyenik ləvazimatlar göndəriləcək.

 

Qeyd edək ki, millət vəkilinin Novruz bayramı ilə bağlı bu kampaniyasına “Veysəloğlu” şirkəti də dəstək verib və şirkət öz hədiyyələri ilə bir sıra şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin bayramını təbrik edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı