“Boykot” qulsinasiyası

09:34 21-02-2018 | icon 1019 | Köşə
“Boykot” qulsinasiyası

Tahirə Qafarlı

Növbədənkənar Prezident Seçkisi yaxınlaşır. Vaxt daraldıqca müxalifətdəki bəzi siyasi təşkilatların “boykot” qulsinasiyası da ağırlaşır. Sindromun əsas əlamətlərindən biri məhz bəzi siyasətçilərin özlərini başqalarından daha güclü, daha ağıllı hesab edib “hay-küy” salmalarıdır. Digər əlamət odur ki, onlar özlərini elə nəhəng görürlər ki, illərdir “bir cahana” sığmayıb birlikdən, vahid güc yaratmaqdan qaçırlar. Qaçıb, qayandıqları yerdən öz ətraflarına müxtəlif  ittihamlar yağdırırlar. Elə zənn edirlər ki, bu xalqın dərdinə yanan biri varsa, o da özləridir. Görünən odur ki, bu sindrom güzgüdə özlərinə baxarkən onlarda şüuraltı “3 D” effektini yaradır.

Onlar tez-tez meydanlarda, ekranlarda çıxışlar edirlər. Bəzi insanlar “Dəlidən doğru xəbər”-deyə onları dinləyir, amma hər hansı inandırıcı bir çıxış yolu, proqram, ağıllı bir ideya görünmür. Seyrçi bu “Don Kixot cəsarəti”-nin, “Don Kixot üsyanı”nın qarşısında yalnız bir traqikomediya səhnəsinə baxırmış kimi acı təbəssüm edərək keçir, yaxud susur… çünki anlaqsız danışarkən, ağıllı susmaqda da haqlıdır…

Amma Onlara kömək etmək istəyənlər var. Qulsinasiyadan qurtulmanın resepti kimi cəmiyyətdən onlara “güclərini birləşdir, hakimiyyətə qarşı istefa şüarı ilə çıxış etməzdən əvvəl özünün gücünü və ağlını göstər, konkret proqramla danış – ittihamsız, təhqirsiz, yaxud siyasətçisənsə bütün baryerləri aşmaq üçün çabala” kimi tələb və mesajlar ötürülür. Lakin bu mesajlara da adekvat cavab verilmir.

Bu xəstəliyin ən ağır dərəcəsi həmin siyasilərin bu tələbə, sosal sifarişə əhəmiyyət vermədən “mənəm”lik, “mən müxalifətin vahid gücüyəm” deyib, başqalarını aşağılamaqla ağıllarından keçəni etməsidir. Sual olunur: hansı əsaslarla bu “titulu” qazandın.

Bəlkə də o, elə zənn edir ki, küçəyə çıxıb qışqırmaq siyasi fəaliyyətin ən yüksk göstəricisidir. Cəmiyyəti hansı mübarizəyə hazırladın ki, indi də ondan nəsə tələb edirsən? Ona görə də, sıravi vətəndaş artıq bu müxalifətin idrakına şübhə ilə yanaşır və əksər hallarda onlara acıyırlar…

Maraqlı məqam, daha doğrusu ən acınacaqlısı odur ki, özünü bu cür təqdim edənlər qarşısındakını ittiham etməkdən çəkinmir. Soruşan lazımdır ki, axı sən hansı ürəkaçan, cəsarətli bir fəaliyyət nümayiş etdirdin ki, xalq səni dəstəkləmədi, yaxud sənə inanmaq istəmədi.

Növbədənkənar seçki ərəfəsindəyik. Artıq bir çoxları boykotdan danışır, demokratik seçki mühiti olmadan seçkilərə gedilmənin mümkünsüzlüyünü ifadə edirlər, hətta seçkinin təxirə salınması ideyası da var. Amma bilirik ki, “boykot”dan nə qədər danışılsa da, bu seçkidə heç bir yerdə görünmədiyi qədər namizədliyini irəli sürənlər var. Təbii ki, müxalifətdə olan parçalanmanın səviyyəsinin göstəricisidir. Digər tərəfdən, görünən odur ki, seçkiylə bağlı hazırlıqlar cəmiyyətin öz ruhuna uyğun olaraq çox mədəni tempdə davam edir. Təbii ki, bu halına görə də vətəndaş “Don Kixot” cəsarəti ilə “mənəm” deyən bu cür siyasi müxalifətin “ayı” xidmətinə “borclu” olduğunu bilir.

Görünür ONLAR bu dəfə “boykot”la gündəmə gəlib, camaatın başını tovlamaq istəyirlər. Sanki “boykot”la prosesləri zamanı dayandırmaq gücünə sahib olduqlarını zənn edirlər. Elə bilirlər ki, sosial cəmiyyətin ictimai-siyasi hadisələrə  münasibətini “Santa Klausun sehirli çubuğu” ilə bir andaca dondurub, sonra proseslərin axınına təsir edib, onu öz istədikləri məcraya yönəldə bilərlər. Bunların böyük bir sistemi bir anda dondurmaq niyyətləri də qulsinasiya əlamətlərindən biridir. Görünən odur ki, belələri özlərini “anlaqsız” göstərməklə cəmiyyətdə çaşqınlıq yaratmaqda israrlıdırlar. Yaxud, özləri idarə olunduqları “çubuğun” sehrindən çıxa bilmirlər.

Çox suallar yaranır və bu suallara cavab axtaran sosial cəmiyyət tamamilə haqlı durumdadır. Haqlı olaraq müxalifətlə bağlı o fikirdədir ki, “özünə umac ova bilməyənlər, başqasına əriştə kəsə bilməzlər”. Amma onun bu düşüncəsi “burda mənəm, Bağdadda kor xəlifə” deyən, sosial tələbə əhəmiyətsiz yanaşan, xalqı haqsız sayan müxalifətçilərin umrunda deyil. Xalq onu müxalif güc kimi qəbul etmir, amma o, xalqı qarşısına qoyub, ona ağıl vermək iddiasından əl çəkmir.

Beləcə, bu müxalifət insanlara ONA təbəssümlə yanlarından sakitcə keçməkdən başqa heç bir şans qoymayıb. Ona görə də hamı etiraf edir ki, iqtidar bu seçkini çoxdan qazanıb – təkcə özünün bir namizədi ətrafında yaratdığı birliyi ilə…

P.S. Seçkidə iştirak edən müxalifətə isə sözüm budur: yeni seçki fürsətiniz mübarək, bu sizin uğurunuzdur…

Başqa bir məqam da var…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür