#EvdəQal

00:18 31-03-2020 | icon 1796 | Köşə
#EvdəQal

İndi də bir virusun insanoğlunu necə silkələdyini gördük...

ÜLVİYYƏ ABIŞOVA

 

Uşaq vaxtından tez-tez eşidirdik, "eeehh, siz nə görmüsünüz ki, biz müharibədən, aclıqdan, nələrdən-nələrdən keçmişik..."

 

Bizə uzaq keçmiş və heç bir zaman təkrarlanmayacaq kimi gəlirdi yaşlıların danışdıqları. Amma və lakin nə yazıq ki, heç məktəbi bitirməmiş qanlı hadisələr ard-arda gəlməyə başladı...

 

Bitməyən müharibə dövrünün başlanğıcını da (Allah qələbəylə bitən günləri də göstərsin), qıtlığı da, repressiyaları da, dinc əhalinin qırğınını da, Xocalı qətliamını da, lap elə o qocalar demiş, nələr gördük, nələr...

 

İndi də qosqoca dünyanın "qoz qabığına" salan, qaynar qazandan betər qaynayan dünyanı duruldan, susqunlaşdıran, insan axınıyla dolub-daşan şəhərlərin küçələrini xəyalət şəhərlərin bomboş küçələrinə döndərən bapbalaca bir virusun əlində necə aciz qaldığını, bir virusun insanoğlunu necə silkələdyini gördük...

 

Zənn etmirəm ki, dünya eyni anda belə böyük karantin yaşayıb. Nəzərə alsaq ki, son 20 ildə həyat tempi ondan əvvəlki dövrlərlə müqayisəyə belə gəlməz dərəcədə artıb. Nədi- insanoğlu üfüqlərini genişləndirdikcə alacağı cavablar da ona uyğun olacaq, miqyas paralel genişlənəcək...

 

Hazırıqmı buna - bəli, əgər ibtidai şüura güvənib ibtidai üsulla - gizlənməklə, yuvamıza-evimizə çəkilməklə özümüzü qorumaya alsaq. Dünya boşuna yuvarlaq deyil.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı