Ölkədaxili radikallara və dövlətimizə xain beynəlxalq təşkilatlara BİRBAŞA MESAJ

13:40 12-07-2023 | icon 773 | Siyasət
Ölkədaxili radikallara və dövlətimizə xain beynəlxalq təşkilatlara BİRBAŞA MESAJ

Könül İsmayılova: "Prezidentin DƏMİR YUMRUQ prinsipinə bir çağırış kimi yanaşıb, dəstək olmalıyıq"

 

“Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında bir sıra məsələlərə toxunub. Hər kəlməsini bir bəyanat kimi səsləndirdi və istər ölkə daxilindəki bəzi radikal qüvvələrə, istərsə də ölkəmizə dost olmayan dövlətlərə birbaşa mesajlarını verdi”.

 

Bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezidentin sözügedən çıxışını Versus.Az-a şərhində bildirib.

 

Könül İsmayılova bildirdi ki, Azərbaycanın demək olar ki, bütün sahələrdə əldə etdiyi uğurlar bu gün nəinki beynəlxalq təşkilatları, ermənipərəst qüvvələri, eyni zamanda Azərbaycanın daxilində olan radikal qüvvələri də narahat etməyə başlayıb:

 

“Öz ölkəsinin xeyrini, uğurunu həzm edə bilməmək şəxsən mənim üçün anlaşılan deyil. Ölkəmizin adı güc dövlətləri ilə yanaşı çəkiləndə, ən adisini deyim – idmanında, musiqisində belə bayrağımız yüksəyə qaldırılanda, hətta küçədən keçərkən himnimizin səsləndirilməsini eşidəndə azərbaycanlı olmağınla fəxr etməmək olmur, adamın ruhu fərəhlənir. Təbii ki, bu hisslər əsl azərbaycanlıya məxsusdur. Amma təəssüflər olsun ki, bu gün də ətrafımızda Azərbaycanı sevməyə-sevməyə onun sərvətindən yararlanan xainlər, ikiüzlülər var. Cənab prezident bu daxili düşmənlərimizləmi mübarizə aparsın, yoxsa ölkəmizə diş qıcayan, hər fürsətdə caynaq atan xarici qüvvələrləmi? Bizim partiyamızın sədri Hafiz Hacıyevin bütün çıxışlarında işlətdiyi bir cümlə var, o deyir ki, Prezident təkdir, bir nəfərdir, bütün işlərə nəzarət edə bilmir, gərək onun ətrafı sağlam olsun, vətənpərvər, dövlətini, xalqını sevən olsun ki, hansısa çirkin niyyətli qüvvələr böyük qələbəmizə, uğurlarımıza kölgə sala bilməsin. Hafiz müəllimə haqq verirəm və düşünürəm ki, cənab prezidentin DƏMİR YUMRUQ prinsipinə bir çağırış kimi yanaşıb, ona dəstək olmalıyıq”.

 

Bu günlərdə Gədəbəydə baş verən vətəndaş-polis qarşıdurmasına diqqət çəkən K.İsmayılova vurğuladı ki, sosial şəbəkələrdə bildilər-bilmədilər yalandan hadisə zamanı sakinlərin, əsasən anaların təzyiqə məruz qalması vayşüvənliyini edənlər məhz ölkə daxilində xaos yaratmaq istiyənlər olub:

 

“Polisə daş atmaq narazılığın ifadəsidirsə, onda kimin sözü polislə çəp düşərsə bir daş götürüb çırpmalıdır onun başına? Bu nə cəngəllik düşüncəsidir? Sən polisə daş at və denən ki, mən nə etsəm də o etməməlidir. Niyə? O da bir ananın övladı deyilmi? Prezident də çıxışında bildirdi ki, artıq o hadisədə əli olanlar məsuliyyətə cəlb edilib və onları xaricdən idarə edənlər axtarışdadır.

Bu baxımdan deyirəm ki, bu qədər Qarabağ, Şərqi Zəngəzur və sair qlobal məsələlərimiz olduğu bir vaxtda süni şəkildə daxildə çəkişmələr yaratmaq yalnız Azərbaycana düşmən olanların missiyası ola bilər".

 

Könül xanım qeyd etdi ki, hər şeyə rəğmən ölkəmizdə siyasi, sosial-iqtisadi proseslər öz axarında gedir və prezidentin çıxışında sadalanan uğurlar Azərbaycanın bütün çətinliklərə baxmayaraq inamla irəliləməyə davam etməsindən xəbər verir.

 

Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması prosesinin hələ də gözləmədə qaldığına diqqət çəkən xanım siyasətçi hesab edir ki, Rusiya, Fransa, digər maraqlı tərəflər olmasa bəlkə də Paşinyan çoxdan razılığa gəlmişdi:

 

“Düzdür, Paşinyan bütün görüşlərdə sülh sazişinin önəmindən və yeganə çıxış yolu olduğundan danışır, amma elə ki, hər danışıqdan sonra Rusiyaya, Fransaya, Yerevana gedir, o zaman yenidən fikrindən daşınır. Buna görə də yaxın zamanlarda sülh sazişinin bağlanacağı inandırıcı görünmür. Görünür, Paşinyanın dərsi bir daha verilməlidir, Ermənistan bir daha Azərbaycanın DƏMİR YUMRUĞunu görməlidir ki, qəti qərar versin.

Hələ ki, Azərbaycan bu yöndə səbr göstərir, amma səbrin də bir sonu var. Elə Rusiya sülhməramlıları üçün də bu səbr keçərlidir. Yəni erməni separatçılarını açıqdan-açığa himayə etməklə artıq öz missiyalarının heç də xoş olmadığını göstərmiş olurlar. Ümid edirəm ki, onların da missiyasına yaxın zamanlarda son qoyulacaq".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...