"3 ay əhaliyə kommunal xərc güzəştləri nəzərdə tutulmalıdır"

10:53 01-04-2020 | icon 689 | İqtisadiyyat
"3 ay əhaliyə kommunal xərc güzəştləri nəzərdə tutulmalıdır"

Elşad Musayev: "Dövlətin bu addımları dəstəkləməsi müsbət qiymətləndirilməlidir"

 

"Prezident tərəfindən qəbul edilən İqtisadiyyat naziri Mikayıl Cabbarov koronovirusa qarşı mübarizə sahəsində hökumətin görəcəyi işlər barədə məruzə edərkən 9 sahə üzrə proqram təqdim edəcəklərini bildirdi. Genişmiqyaslı və xeyli vəsait tələb edən proqramlardır və insafən dövlətin bu addımları dəstəkləməsi müsbət qiymətləndirilməlidir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.

 

Partiya sədrinin fikrincə iki məsələ var ki, bunlar mütləq nəzərə alınmalı və dərhal tədbir görülməlidir:

"Birincisi, təqribən 350 min nəfər soydaşımız müqaviləsiz, qeydiyyatsız, günəmuzd işləyəyir, onlara heç bir ödəniş nəzərdə tutulmayıb. İkinci məsələ, kommunal xərclərlə bağlıdır. Düzdür, İqtisadiyyat naziri elektrik enerjisi saahəsində limitlərin genişləndirilməsi barədə Prezidentə təklif verəcəklərini deyir, amma təbii qaz və digər kommunal xərclər barədə heç bir təklif irəli sürülmür".

 

E.Musayev bildirib ki, əslində elektrik enerjisinə və təbii qaza tətbiq edilmiş limitlər aradan götürülməli, azı 3 ay əhaliyə kommunal xərc güzəştləri nəzərdə tutulmalıdır:

"Təsəvvür edək ki, adam "qul bazar"ında müqaviləsiz, günəmuzd işindən və qazancından məhrum olub. Dövlət də kömək məqsədilə ona heç bir ödəniş nəzərdə tutmayıb. Üstəlik də ona və ailəsinə kommunal xərclərdə güzəşt nəzərdə tutulmayıb, evdə də bir qazanc gətirən odur. İndi bu ailənin taleyi necə olacaq? Xeyli əlavə təkliflər var və bu təkliflər də nəzərə alınmalıdır. Biz az itki ilə bu bəladan qurtarmaq istəyiriksə, cəmiyyətin bütün, xüsusən də aztəminatlı kəsiminin problemlərini həll etməliyik".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı