Birinin ruh əkiziniz olduğunu göstərən 14 əlamət

14:21 01-04-2020 | icon 2958 | Maraqlı
Birinin ruh əkiziniz olduğunu göstərən 14 əlamət

İngiliscə "twinflame" (əkizalov) termini vardır ki , dilimizdə ruh əkizi deyə bilinir. Bu anlayışın tarixi qədim yunan filosofu Platonun "Simpozium" (The Symposium) başlıqlı mistik dialoquna əsaslanır. Belə ki, Platon insanların 2 üz, 4 qol, 4 ayaqla yaradıldığını, amma bu şəkildə çox güclü olmalarının tanrıları qorxutduğunu və buna görə də onları ikiyə ayırıb bugünkü insanı yaratdığını qeyd edir, yəni hər insanın bu dünyada əkiz ruhu var.

 

Ruh əkizi -  təkcə fiziki və emosional səviyyədə deyil, eləcə də ruh səviyyəsində, başqa sözlə mənəvi bağlı olduğumuz insandır. Ruh əkizimiz bizim yansımamız kimidir, hər parçamızın mükəmməl şəkildə uyğunlaşdığı insandır. O,  arzularımızı, həmçinin qorxularımızı  bizə zərər verməyəcək şəkildə yansıdır. Bu yansıtma qarşılıqlıdır. Ruh əkizlərinin bir-biriləri üçün yaradıldıqları bildirilir.

 

Qeyd edək ki, bəzi mənbələr hamının ruh əkizi olduğunu, amma bəzi insanların ruh əkizləri ilə ömürləri boyu əlaqə qura bilmədiyini bildirirlər. Onlar ruh əkizinin ruhumuzun mənəvi oyanışa və dəyişimə hazır olduğu halda ortaya çıxdığını iddia edirlər.

 

Aşağıdakı işarələr ruh əkizinizlə artıq tanış olduğunuzu göstərir:

 

1. Bu insanla tanışan olanda qəribə, izahı olmayan "tanıma" hissini yaşayırsınız. Bu, dejavu (daha öncədən görmək) şəklində də ola bilər. Bu zaman insanı daha öncədən tanıdığınıza dair və ya birlikdə olmalı olduğunuza dair bir hiss müşahidə edilir.

 

2. Yollarınız siz istəmədən kəsişir. Hara getsəniz, onu görürsünüz, çünki enerjiniz bir-birini cəlb edir. Onunla qarşılaşmanın aşağı ehtimal olduğu yerlərdə belə  təsadüfən rastlaşa bilərsiniz. Ümumiyyətlə, ruh əkizinizi tanıyandan sonra təsadüflər həmişə sizi izləyir.

 

3. Aranızda güclü telepatik bağlantı olur. Yan-yana oturmağınız və ya kilometrlərcə uzaq olmağınız fərq etmədən bir-birinizin nə düşündüyünü hiss edə bilirsiniz və çox vaxt bir-birinizin cümlələrini tamamlayırsız. Heç bir səy göstərməyə ehtiyac qalmadan digər tərəfin emosional vəziyyəti haqqında məlumatlı olursunuz. Eyni anda eyni hisslər keçirirsiniz.

 

4. Göz kontaktını bitirmək istəmirsiniz. Normal insanlara bir neçə saniyə baxıb  baxışımızın istiqamətini dəyişdirərkən  ruh əkizimizin gözlərinə uzun müddət utanmadan baxa bilərsiniz. "Gözlər ruha keçid qapısıdır" deyə bir deyim var, ruhunuzun digər yarısı olduğundan gözlərinizi ruh əkizinizin gözlərindən ayırmaqda çox çətinlik çəkə bilərsiniz. Çünki bir-birinizə əsrlərdir tanıyırmış kimi baxırsınız.

 

5.Təkrarlanan rəqəmlər diqqətinizi çəkirXüsusilə də 11:11  saatlarda, komputerdə, reseptlərdə və başqa hər yerdə görə bilərsiniz. Bu ədədin kainatdan sizə mesaj olaraq doğru yolda olduğunuzu və inkişaf etdiyinizi göstərdiyinə inanılır. 11:11- in başqa mənaları da var, amma ruh əkizləri üçün səciyyəvi olan budur.

 

6. Hər şey çox "ekstra"dır.  Mənfi və ya müsbət fərq etməz, o adama duyduğunuz hər emosiya çox güclüdür. Bu, bəzən boğucu hiss etdirə bilir. Çünki ruh əkizləri bir-birilərinin ən dərinlərində olan qorxularını, narahatlıqlarını sağaltmaq məqsədi ilə tanış olurlar və bunun üçün ilk növbədə, o qorxular üzə çıxmalıdır. Bəzən  dərin hisslər keçirdiyiniz üçün onları ifadə etməkdə çətinlik çəkə bilərsiniz, amma çox zaman ruh əkizlərinin bir-birilərini anlamağı üçün sözlərə ehtiyac qalmır .

 

7. Keçici ayrılıq. Ruh əkizləri çox vaxt ya məsafə olaraq, ya da müəyyən zaman ərzində ayrı olurlar, çünki tərəflərdən ya biri, bəzən isə ikisi də münasibətə başlamağa, öz ruhunun dərinliklərinə enib qorxuları, yaraları üzərində işləməyə hazır olmur və çox sevmələrinə baxmayaraq çıxış yolunu qaçmaqda görürlər. Adətən, bir müddət ayrılıqdan sonra yenidən birləşirlər.

 

"Sevənlər ən sonunda bir yerdə rastlaşmır,
onlar ən başından bir-birilərinin içindədir".

/Mövlana Rumi/

 

8. Həm çox eynisiz, həm də çox fərqli.  Yin və Yang kimi bir-birinizi tamamlayırsınız. Əslində, ruh həmişə tamdı, sadəcə ruh əkizimiz içimizdəki bu tamlığın fərqinə varmağımıza səbəb olur. O, sizin təkcə sevdiyinizə deyil, eyni zamanda həm ən yaxın dostunuza, müəlliminizə, ilham qaynağınıza çevrilir.

 

9. Aranızda güclü maqnetik cazibə olur. Hətta ətrafdakılar belə aranızdakı çəkimin və gücün fərqinə vara bilirlər, siz birlikdəykən daha güclü olursunuz. 

 

10. O, sizə "ev" kimi hiss elətdirir. Onunla olarkən hiss etdiyiniz güvən, doğmalıq və rahatlıq duyğusunu qısaca "ev" deyə şərh etmək olar, aranızda olan bağın anidən əmələ gəlib dərinləşməsi tərəfləri bunun reallığına inanmamasına və  həddindən artıq analiz etməsinə səbəb olur.

 

11. Bəzən fiziki oxşarlıq da müşahidə oluna bilər. Oxşar mimikaların, bədən dilinin olması və ya  tərəflərin  doğum tarixləri, ad və soyadları  arasında  oxşarlıqlar, həyatlarında olan kiçik detallarda olan  qəribə uyğunluq  və eynilik özünü göstərə bilir. Ruh əkizinizin doğum tarixi tam olaraq sizinlə eyni ay, eyni il olmasa belə özünəməxsus harmoniyada olur.

 

12. Ruh əkiziniz sizi dəyişməyə çalışmır. Sizi olduğunuz kimi qəbul edir və sevir. Sadəcə  bir-birinizi özünüzün ən yaxşı versiyasına çevrilməyə cəsarətləndirirsiniz. Çox zaman bir tərəf digərindən daha fərqindəlik içində, daha kamil olur. Ruh əkizinizlə birlikdə  bağışlama , şükranlıq , açıq fikirlilik  və s. kimi önəmli həyat dərslərini öyrənirsiniz. Onu tanıyandan bəri indiyə qədər heç kimin bacarmadığı şəkildə həyata yeni prespektivlərdən baxır, inkişaf edirsiniz.

 

13. Ali məqsədlər üçün rastlaşdığınızı hiss edirsinizRuh əkizləri birləşdikdən sonra bəşəriyyətin rifahı üçün çalışırlar və  onların birləşməsindəki əsas məqsəd də budur. Onlar, adətən, sosial, mənəvi və ekoloji səviyyədə uğurlu işlərə imza atırlar.

 

14. Qeyd-şərtsiz sevgi - Normalda insanlar təmənnasız sevgini övladlarına, ev heyvanlarına qarşı hiss edirlər. Lakin əkiz ruhunuzu tanıyandan sonra onu heç bir qarşılıq gözləmədən , olduğu  kimi sevdiyinizin fərqinə varırsınız, hətta qarşı tərəf bu sevgini qazanmaq üçün heç bir səy göstərməsə belə, aranızda nə yaşanmış olmasından asılı olmayaraq  zamanı və məkanı aşan  sevgi duyğusunu  hiss edirsiniz.

 

Bəs siz öz əkiz ruhunuzu tanıyırsınızmı? /24media.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin