Bunların koronavirus qorxusu yoxdur: QADAĞALAR GÖZARDINA ALINIR - VİDEO

17:26 01-04-2020 | icon 1044 | Sosial
Bunların koronavirus qorxusu yoxdur: QADAĞALAR GÖZARDINA ALINIR - VİDEO

49 saylı avtobus marşrutlarında köhnə hamam, könə tas

 

“Hər gün işə gedib-gəldiyim 49 saylı marşrutdakı indiki vəziyyət karonavirusdan əvvəlki vəziyyətdən fərqlənmir. Adamlar maska taxırlar və bununla da elə bilirlər ki, hər şey qaydasındadır, avtobusda bir-birinin ağzına girə bilərlər”.

 

Bu sözləri Versus.Az-ın oxucusu Tamara Mahmudova deyir.

 

Vətəndaş bildirir ki, evdə xəstəsi var və hər gün işiylə bağlı evdən çıxmalı olur, evindəki xəstə üçün dərman və digər lazımlı nələrsə almaq üçün aptekləri gəzmək məcburiyyətindədir:

 

“Başa düşürəm, kimlərsə də mənim durumumda ola bilər, amma baxırsan ki, bir çoxu sadəcə evdən çıxmaq istəyir. Yarısı maskadadı, yarısı da ya maska tapmadığından, ya nədənsə ağzı-burnu açıqdı. Buna görə də qoyulan qadağalara Operativ Qərərgahın özünün xüsusi nəzarət sistemi olmalıdır”.

 

Vətəndaş deyir ki, həmişə istifadə etdiyi 49 saylı avtobus həmişəki kimi sıxlıq, salonu həmişəki kimi çirkli, üfunətli vəziyyətdədir. Üstəlik insanlara bir-birindən ara məsafə saxlanmaları tövsiyyə edilsə də, yenə də sərnişinlər bir-bir sıx dayanırlar və buna məcburdular:

 

“Çünki avtobuslar gecikir, üstəlik heç olmasa sürücülər Operativ Qərərgahın qadağasını icra etməkdə maraqlı olmurlar. Onları indiki durumda da plan doldurmaq maraqlandırır. Mən və mənim kimi çoxları isə bu cür mənzərəylə qarşılaşmaq məcburiyyətindəyik”.

 

Qeyd edək ki, az öncə Koronavirus (Covid-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyində qərargah yaradıldı və bununla yanaşı, Agentliyin “Qaynar xətt"i fəaliyyətə başladı. Eyni zamanda, ictimai nəqliyyatda kəskin respirator xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlərin davam etdiyi bildirildi. O da qeyd edildi ki, bu çərçivədə, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir.

 

Maraqlıdır, görəsən bu dezinfeksiya işləri yalnız “BakuBus”lara aiddirmi? Bəs şikayətçinin qeyd etdiyi 49 saylı avtobus başda olmaqla digər avtobuslar? Avtobuslardakı sıxlıqlar nəyin göstəricisidir? İnterval nəyə görə mövcud vəziyyətlə əlaqədar tənzimlənmir?

 

Ümid edirik ki, bu məsələylə bağlı da təcili lazımi addımlar atılacaq.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı