"İrana qarşı ədalətsiz sanksiyaları ləğv etməyin vaxtı çatıb"

17:39 01-04-2020 | icon 583 | Geopolitika
"İrana qarşı ədalətsiz sanksiyaları ləğv etməyin vaxtı çatıb"
 
İranın Aərbaycandakı səfirliyindən Versus.az-a verilən məlumata görə, ABŞ-ın zalımcasına tətbiq etdiyi sanksiyalar nəticəsində yaranan acınacaqlı çətinliklər İranın ölümcül koronavirusun öhdəsindən gəlməsini demək olar ki, mümkünsüz vəziyyətə gətirib çıxarıb.
 
 
ABŞ prezidenti Donald Trump İrana qarşı ən sərt sanksiyalar tətbiq etməklə humanitar fəlakətə yol açır. Bu, Covid-19 pandemiyası dövründə adi insanların əsas dərmanlardan istifadə etməsini qeyri-mümkün edir. Qonşu ölkə Koronavirusun ən çox ziyan çəkən ölkələr arasındadır. Covid-19 virusuna yoluxanların ümumi sayı 41,495 nəfərə, ölənlərin sayı 2,757-ə yüksəlib. İranın səhiyyə naziri Səid Namaki martın 30-da, 61 milyondan çox insanın - 51 milyondan çoxunun telefonla yoxlandığını bildirib. Yoxlanışdan keçən şəxslərdən 218 mindən çoxu daha ətraflı müayinə üçün təyin edilmiş və 93,000 nəfər ev şəraitində müalicə almışdır. 16 mindən çox xəstəxanaya yerləşdirilib, 5 mindən çox xəstəxanaya yerləşdirilib.
 
 
Bunlarla yanaşı ABŞ-ın sanksiyaları İran iqtisadiyyatını zəiflədib. Vaşinqtonla gərginlik yüksək olaraq qalır və hökumət çətin durumdadır. Buna əlavə olaraq keçən həftə cənab Donald Trump sanksiyalarını sərtləşdirərək, İranla neft-kimya məhsullarında "əhəmiyyətli əməliyyatlar" etdiyinə görə dünyanın bir sıra şirkətlərini qara siyahıya saldı.
 
ABŞ İranı dəstəkləyənləri hədəfə almaqda dəvam edir, hətta bu sadecə humanitar ticarət və İran xalqına dəstək olarsada! Belə bir vəziyyətdə İran Beynəlxalq Valyuta Fonduna 5 milyard dollarlıq təcili maliyyə yardımı, əlcək və maskalara lazımlı avadanlıqların siyahısı üçün müraciət edib. ABŞ-ın İrana qarşı sanksiyaları, ölkənin koronavirus xəstələrini müalicə etmək səylərini dayandırır və ölümcül virusun yayılmasına səbəb olur. Üstəlik sanksiyalar beynəlxalq bankları İranla münasibətlərdən çəkinməyə vadar edir və Avropa tibb şirkətlərinə koronavirusa qarşı mübarizədə həyati olan avadanlıqların satışına qadağa qoyur. Ağ Ev İrana qarşı sanksiyaların qaldırılmasından imtina edir və hətta son həftələrdə bir neçə dəfə sərtləşdirib, bu da İran əhalisinin dərmanlar və tibbi avadanlıqlardan istifadəsini demək olar ki, mümkünsüz edir. Rəsmi Tehran ABŞ-ın ölkəyə tətbiq etdiyi birtərəfli sanksiyaların pandemiya qarşı mübarizəsini ciddi şəkildə maneə törətdiyini söyləyir.
 
Bəli! ABŞ və onun tətbiq etdiyi sanksiyalar İranda və ona qonşu ölkələrdə koronavirusun sürətlə yayılmasına görə məsuliyyət daşıyır. Hətta Human Rights Watch hesabatı da bunu təsdiqləyir. Bu beynəlxalq təşkilat Keçən il bir hesabatda sanksiyaların "ölkənin humanitar idxal, o cümlədən dərman vasitələri maliyyələşdirmə imkanlarını ciddi şəkildə məhdudlaşdırdığını" yazmışdı. Trump administrasiyası "İran xalqına kömək etməyi" və tibbi ləvazimatların çatdırılmasını asanlaşdırmağı təklif etdiyini söyləsədə təklifin bir çox şərtlərə sahib olduğu deyilir və idxalçılar hələ də ticarətin maliyyələşdirilməsi üçün coxlu uyğunlaşma proseslərin böyük bir problem olduğunu söyləyirlər. Virus heç bir sərhəd tanımadığı nəzərə alaraq demək olar ki bu təkcə İran deyil. Həmdə qonşu ölkələrdə milyonlarla insan həyatı ciddi risk altında olarkən, sanksiyaların davam etdirilməsi insan hüquqlarına ziddir və qeyri-insani davranışdır. Bu gün beynəlxalq ictimaiyyət xüsusilə dost və qonşu ölkələr humanitar dəstək və həmçinin sanksiyaların qaldırılması üçun əlindən gələni etməlidir. Bu gün, sanksiyalar səbəbindən, İran tibbi avadanlıq və ləvazimat ala bilməyən yeganə ölkədir. Sanksiyaların və koronavirusun birləşməsi onu daha təhlükəli və dəhşətli bir komplikasiyaya çevirir. Sanksiyalar koronavirusu daha möhkəm və böhranı daha çətinləşdirir. Artıq qanunsuz sanksiyalara son qoymağın vaxtı çatıb. Beynəlxalq ictimaiyyət İrana sanksiyaların dayandırılmasına kömək etməlidir və bununla əlaqədar Rusiya Federasiyası, Çin, Türkiyə, Pakistan və BMT baş katibi də daxil olmaqla bir çox dövlət başçıları ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların qaldırılmasını istəmişdir. Bu hökumətlərin artan səyləri etik, insanpərvər və təqdirəlayiqdir. Hüquqi baxımdan ABŞ-ın sanksiyaları təkcə İrana qarşı deyil, həm də insanlığa və beynəlxalq birliyə qarşı bir cinayətdir. İranın xarici işlər naziri Mohammad Javad Zarif təbiricə desək bu qlobal virus heç bir sərhəd tanımır və bəşəriyyətə amansızcasına hücum edir, buna görə də dünyada insanlar korona təhlükəsini görərək coğrafi, siyasi, irqi və etnik sərhədləri kənara qoyub bu fəlakəti aradan qaldırmaq üçün kollektiv mübarizə aparmalıdır. Bunu nəzərə almalıyıq kı müharibə, aclıq və xəstəlik tarix boyu fəlakət yaratmaq üçün birləşıb. Bu gun koronavirus bölgəmizə addımlayır və onun fəsadları dağıdıcı ola bilər.
 
 
Ağanisə Sultan
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”