“Yaxşı olar ki, hamı Prezidentin EVDƏQAL çağırışına əməl etsin”

18:50 01-04-2020 | icon 627 | Sağlamlıq
“Yaxşı olar ki, hamı Prezidentin EVDƏQAL çağırışına əməl etsin”

Nərminə Abbasova: “Təəssüflər olsun ki, böyük əksəriyyət bu problemin çox ciddi olduğunu başa düşmür”

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikası Koronavirusla mübarizədə yaranmış vəziyyətlə əlaqədar onlayn xidmətə başlayıb.

 

Bu barədə Versus.Az-a Klinikanın baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA məlumat verib.

 

Nərminə xanım qeyd etdi ki, artıq onlayn xəstə qəbuluna başlanılıb. Bu fəaliyyətləri ilə Azərbaycan Prezidentinin Koronavirusla mübarizədə verdiyi tapşırıqlara dəstək olduqlarını vurğulayan həkim-terapevt hökumətin bu yöndə atdığı bütün addımların müsbət nəticə vercəyinə əminlik ifadə etdi:

 

Azərbaycanda bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Bu yöndə görülən prafilaktik tədbirlərlə hətta bir çox ölkələri qabaqlayırıq. Bu da prezidentimiz cənab İlham Əliyevin təxirəsalınmaz göstərişləri, karantinlə bağlı qadağaların sərtləşdirməsi ilə bağlı tapşırıqları və xalqının qayğısına qalmasının nəticəsidir. Təsadüfi deyil ki, bu gün Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir. Ölkə başçısı bu məsələyə çox ciddi yanaşır və profilaktik tədbirlərin qüsursuz aparılmasını öz nəzarətinə götürüb. Vətəndaşların təhlükəsizliyini təmin etmək üçün lazım olduqca daha sərt tədbirlər tətbiq edilir, insanların evdə qalmaları artıq bir tələb kimi ortaya qoyulub”.

 

 

Həkim-terapevt evdən çıxmaq qadağasını pozan insanlara tövsiyyə edir ki, özlərinə məşğuliyyət tapsınlar, bu tətili evdən çıxmadan da maraqlı etsinlər:

 

“Evdə idmanla məşğul olun, televizora baxın, kitab oxuyun, internetdən faydalı istifadə edin. Yetər ki, evdən çıxmayın, özünüzü və yaxınlarınızı qoruyun. Adi qrip olduğunuzu düşünsəniz belə, səhhətinizdə narahatlıq hiss edən kimi Təcili Yardıma müraciət edin. Əminəm ki, əgər həmrəy, səbirli olarıqsa, qaydalara düzgün əməl edəriksə, əlbəttə ki, bu qlobal problemdən də qurtulacağıq”.

 

Nərminə Abbasova vurğuladı ki, ictimai yerlərdən uzaq durmaq, ictimai nəqliyyatlardan az istifadə etmək, vacib olmayan səfərləri təxirə salmaq lazımdır:

 

“Təəssüflər olsun ki, böyük əksəriyyət məsələnin çox ciddi olduğunu başa düşmür. Koronavirusla bağlı ölkə başçısının çağırışlarına, Operativ Qərargahın qərarlarına mütləq şəkildə, hətta artıqlaması ilə əməl etmək çox vacibdir. Bir həkim-terapevt olaraq bunun nə ilə nəticələnəcəyin bildiyim üçün çox narahatam. Yaxşı olar ki, hamı hökumətin EVDƏQAL çağırışına əməl etsin, heç kim bayıra çıxmasın. Əks alda yoluxma halları sürətlə arta bilər. Artım çox olarsa nə dərman, nə həkim sayı, nə də digər tibbi personal sayı çatışmayacaq.

ALLAH hamımıza kömək olsun!”

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı